Beynəlxalq simpoziumun iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də AMEA-nın Əsas binasının Dairəvi konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Folklor İnstitutu, Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə simpozium iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















