Icma.az
close
up
RU
Beynəlxalq təcrübəli media əməkdaşı Ədəbiyyat Muzeyinin qonağı olub

Beynəlxalq təcrübəli media əməkdaşı Ədəbiyyat Muzeyinin qonağı olub

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

COP29 çərçivəsində Azərbaycana gəlmiş mətbuat nümayəndələrinin bir çoxu ölkəmizin tarixi, ədəbiyyatı və mədəni irsinə maraq göstərir, COP29 tədbirlərini işıqlandırmaqla yanaşı, bu mövzulara da diqqət ayırırlar.

Şri-Lankadan gəlmiş yazıçı-jurnalist Purnima Verasekara da bu məqsədlə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Bu barədə Xalqcebhesi.az-a muzeydən məlumat verilib. Bildirilib ki, Purnima Verasekara muzeyin elmi işçisi Aymən Həsənovanın təqdimatında Azərbaycanın görkəmli şair və yazıçılarının zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olub. Azərbaycan ədəbiyyatı sərgilənən ekspozisiyada əsas məqamlarla yanaşı, mədəniyyətin, incəsənətin müxtəlif sahələri, əsasən xalq yaradıcılığı nümunələri qonağın diqqətini xüsusi cəlb edib. O, Azərbaycan xalqının keçmişini gələcəyə ötürmək missiyasını daşıyan Ədəbiyyat Muzeyi ilə yaxından tanışlıqdan və ətraflı təqdimatdan məmnun qalıb.

Sonda təəssüratlarını muzeyin “Rəylər və təəssüratlar kitabı”nda bölüşən Purnima Verasekara klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli şairləri haqqında məlumatların önəmli olduğunu bildirib. Qeyd edib ki, xüsusən Nizami Gəncəvinin və Xaqani Şirvaninin yaradıcılığı onu daha çox maraqlandırıb. Qonaq bu ziyarətdən böyük zövq aldığını vurğulayıb.

Purnima Verasekara ABŞ-ın nüfuzlu Stenford Universitetinin məzunu olub. O, irimiqyaslı mühüm tədbirlərdə məlumatların yayımlanmasında beynəlxalq təcrübəyə malik, COP29 media nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiyadan keçmiş təcrübəli media nümayəndəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri