Icma.az
close
up
RU
İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub

İngiltərəli professor Ədəbiyyat Muzeyinin qonağı olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Londonda yerləşən Middlesex Universitetinin fəxri professoru Paul Gibbs Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, o, universitetdə Təhsil Araşdırmaları və Təqaüd Mərkəzinin (Centre for Education Research and Scholarsship) qurucusudur. Paul Gibbs transdisiplinar nəzəriyyə, təhsil fəlsəfəsi və ali təhsilin marketinqi sahələrində geniş araşdırmalar aparıb. Onun bu sahələrdə 180-dən artıq nəşri mövcuddur.

Bununla yanaşı, Paul Gibbs Sidney Texnologiya Universiteti və Kembric Universitetində (Böyük Britaniya) qonaq professor, Şərqi Avropa Universitetində Doktorantura Təhsilinin İnkişafı Mərkəzinin direktorudur. O, həmçinin ATLAS R&B Araşdırma İnstitutunda (Texas, ABŞ) və Oksford Yeni Kollecindəki Ali Təhsil Siyasəti Mərkəzinin fəxri üzvüdür. Alim, müəllim və tədqiqatçı Paul Gibbsin 30-dan çox uğurlu transdisiplinar peşəkar doktorant tələbəsi var.

Azərbaycanın ədəbiyyatı, tarixi və mədəniyyəti ilə maraqlanan professor Paul Gibbs Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatında muzeylə yaxından tanış olub.

Sonda muzeyin rəylər və təəssüratlar kitabına: “Bu muzey Azərbaycanın mədəniyyətinə və əsrarəngizliyinə uyğun yaradılmış kolleksiyadır” sözlərini yazan Paul Gibbsə xatirə olaraq “Şirvan şairləri” kitabı (ingilis dilində) hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri