Icma.az
close
up
RU
Çingiz Kuzəçioğlu Ədəbiyyat Muzeyinin qonağı olub

Çingiz Kuzəçioğlu Ədəbiyyat Muzeyinin qonağı olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı əslən kərküklü, hazırda isə Kanadanın Toronto şəhərində memar kimi fəaliyyət göstərən və yaşayan Çingiz Kuzəçioğlu olub. O, İraq türkmanlarının görkəmli müğənnisi, Kərkük musiqi mühitinin unudulmaz sənətkarı Əbdülvahid Kuzəçioğlunun övladıdır.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, qonağı muzeyin ekspozisiyası, o cümlədən İraq–türkman ədəbiyyatını əks etdirən bölmə ilə filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova tanış edib. Burada Əta Tərzibaşı, İhsan Doğramacı, Şahir Sabir Zabit, Əbdüllətif Bəndəroğlu və Sinan Səidin portretləri ilə yanaşı atası Əbdülvahid Kuzəçioğlunun portretini görən Çingiz Kuzəçioğlu böyük sevinc və qürur hissi keçirib.

Sonda Çingiz Kuzəçioğlu rəylər və təəssüratlar kitabına ürək sözlərini qeyd edib: “Ədəbiyyat Muzeyində yaşadığım sevinci sözlə ifadə edə bilmirəm. Muzeydə çox məlumat əldə etdim. Xüsusilə Kərkük bölümünə daxil olduğumda həm sevindim, həm də təsirləndim. Atamın portretini burada görmək mənim üçün həm qürur, həm də dərin duyğularla dolu bir an yaşatdı”.

Qeyd edək ki, Əbdülvahid Kuzəçioğlu “Rast” muğamından “Bəsiri”, “Hicaz” muğamından “Muçala”, “Segah” muğamından “Müxalif”i ifa edib. Onun ifa etdiyi mahnılar Azərbaycanda “Kərkük havaları” adı altında tanınıb və böyük sevgi ilə dinlənilib. Sənətkar, həmçinin Səməd Vurğun və Rəsul Rza kimi görkəmli Azərbaycan şairlərinin sözlərinə musiqi bəstələyib. Musiqisi və sözləri Əbdülvahid Kuzəçioğluna məxsus, kərküklü Sinan Səid və Nərminə Məmmədovanın ifasında səslənən, günümüzə kimi sevilən “Evlərinin önü yonca” mahnısı isə dillər əzbəri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri