Icma.az
close
up
RU
Beynəlxalq təşkilatlar tərəfindən 20 Yanvar faciəsinə hələ də hüquqi qiymət verilməyib Ombudsman

Beynəlxalq təşkilatlar tərəfindən 20 Yanvar faciəsinə hələ də hüquqi qiymət verilməyib Ombudsman

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Milli.Az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən - 20 Yanvar faciəsindən 35 il ötür.

Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsində Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür. Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktına baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmuşdur.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatına yarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixində ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, sərt bəyanat verərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırmışdır. Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac vermişdir.

Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanmışdır.

Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalmışlar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram"

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see213

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see169

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see167

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see142

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see142

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see131

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see121

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri