Salah üçüncü pilləyə yüksəldi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələrin sayına görə üçüncü pilləyə yüksəlib.
Bakıvaxtı.az Championat.ru-ya istinadən xəbər verir ki, İPL-in 16-cı turunda "Brayton"la keçirilən oyunda misirli futbolçu 26-cı dəqiqədə meydana daxil olub, 60-cı dəqiqədə isə hücumçu Uqo Ekitikeyə məhsuldar ötürmə edib. Görüş "qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Salah Premyer Liqada məhsuldar ötürmələrinin sayını 280-ə çatdırıb. Bu göstərici ilə o, Frenk Lempardı (279) geridə qoyub. Ondan irəlidə yalnız Ueyn Runi (311) və Alan Şirer (324) yer alır.
Cari mövsümdə misirli futbolçu "Liverpul"un heyətində bütün turnirlərdə 20 matç keçirib, bu oyunlarda beş qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Dekabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















