Icma.az
close
up
RU
Beynin qocalmasını ləngidən qeyri adi üç məhsul

Beynin qocalmasını ləngidən qeyri adi üç məhsul

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Alimlər müəyyən ediblər ki, yaşıl çay, qoz və mankay adlı su bitkisindən ibarət gözlənilməz bir trionun qəbulu beynin gəncliyini qorumağa kömək edə bilər.

Qaynarinfo xəbət verir ki, mankay dünyanın ən kiçik yarpaqlı tərəvəzidir (təxminən 0,5 mm ölçüdə), kök və gövdəsi yoxdur və su hövzələrinin səthində inkişaf edir.

"Fox News"un yazdığına görə, Harvard Universiteti, İsrailin Ben-Qurion Universiteti və Almaniyanın Leypsiq Universitetindən olan alimlər 18 aylıq randomizə edilmiş tədqiqat zamanı təxminən 300 yetkin şəxsin qan zülallarını araşdırıb və onları iştirakçıların "beyin yaşı"nı qiymətləndirən MRT nəticələri ilə müqayisə ediblər. Nəticələr "Clinical Nutrition" jurnalında dərc olunub.

Birinci qrup aşağı miqdarda qırmızı və emal olunmuş ət, bol bitki mənşəli məhsullar üzərində qurulan yaşıl Aralıq dənizi dietasına əməl edib. İkinci qrup ənənəvi Aralıq dənizi dietasına riayət edərək qırmızı əti toyuq və balıqla əvəzləyib. Üçüncü qrup isə sağlam qidalanma üzrə standart tövsiyələrə əməl edib.

Nəticədə yaşıl Aralıq dənizi dietasına əməl edən iştirakçılarda beyin qocalması ilə əlaqələndirilən galektin-9 zülalının səviyyəsində ən böyük azalma müşahidə olunub və MRT görüntüləri onların real yaşlarına nisbətən daha "gənc” beyin göstərib.

"Galektin-9 səviyyəsinin azalması, yaddaş itkisi və Alzheimer kimi neyrodegenerativ xəstəliklərlə əlaqəli olan idrak funksiyalarının zəifləməsinə səbəb olan iltihabi proseslərin qarşısının alınması demək ola bilər”, deyə tədqiqatın aparıcı müəllifi Ayris Şay "Fox News Digital"a bildirib.

Şayın sözlərinə görə, yaşıl çaydakı antioksidant birləşmələr, qozdakı faydalı yağlar və polifenollar bu təsirlərə töhfə verə bilər, mankay rəsqası isə bağırsaq-beyin əlaqələrini və metabolik prosesləri dəstəkləyir.

Mankay alimlərin diqqətini onun son dərəcə zəngin qida tərkibi səbəbindən cəlb edib. O, asan mənimsənilən B12 vitamini və dəmir ehtiva edən tam dəyərli bitki mənşəli zülaldır.

Eyni tədqiqat qrupunun əvvəlki işləri mankay bitkisini qan şəkərinə nəzarətin yaxşılaşması, metabolizmin güclənməsi, bağırsaq sağlamlığının artması və iltihabın azalması ilə əlaqələndirmişdi – bütün bunlar beyin və idrak funksiyalarına təsir edə bilər.

Bununla yanaşı, yaşıl çay və qozun özləri də mankay bitkisi əlavə edilmədən böyük müsbət təsir göstərib. Mankayın tapılması isə kifayət qədər çətindir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri