Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Bəzən problem telefon deyil, uşaq telefonda real həyatda tapa bilmədiyi bir şeyi axtarır” PSİXOLOQ

“Bəzən problem telefon deyil, uşaq telefonda real həyatda tapa bilmədiyi bir şeyi axtarır” PSİXOLOQ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Məncə, yeni tədris ilinin başlaması ilə valideynlərin qarşısında duran əsas məsələ uşağın telefonunu əlindən almaq yox, onun rəqəmsal mühitlə sağlam münasibət qurmasına kömək etməkdir".Bu fikirləri SİA-ya açıqlamasında klinik psixoloq, psixoterapevt İlkin Kazımlı bildirib.

Onun sözlərinə görə, bu gün telefon və sosial media uşaqlar üçün sadəcə əyləncə vasitəsi deyil: "Onlar üçün ünsiyyət, məlumat əldə etmək, özünü ifadə etmək və bəzən də emosional gərginlikdən uzaqlaşmaq vasitəsidir. Ona görə də “telefonu yığışdırdım, problem həll olundu” yanaşması uzunmüddətli nəticə vermir.

Əvvəlcə valideyn uşağın telefondan nə məqsədlə və nə qədər istifadə etdiyini anlamalıdır. Məsələn, uşaq sosial şəbəkəyə daha çox darıxdığı üçün girir, dostları ilə ünsiyyət qurmaq üçün istifadə edir, yoxsa stress, tənhalıq, narahatlıq və ya məktəbdə yaşadığı problemlərdən qaçmaq üçün telefona sığınır? Bunların hər birinə yanaşma fərqli olmalıdır.

Valideynlər evdə əvvəlcədən konkret rəqəmsal qaydalar müəyyən etməlidirlər. Məsələn, dərs zamanı, yemək masasında və yatmazdan əvvəl telefon istifadəsi olmamalıdır. Telefonun gecə uşağın yatağının yanında saxlanılmaması da vacibdir. Çünki xüsusilə sosial medianın gecə istifadəsi yuxu rejiminə və səhər məktəbə adaptasiyaya mənfi təsir göstərə bilər.

Amma burada ən böyük səhvlərdən biri odur ki, valideyn uşağa limit qoyur, özü isə günün böyük hissəsini telefonda keçirir. Uşaq valideynin dediyini deyil, davranışını model götürür. Əgər valideyn yemək zamanı telefondan ayrılmırsa, uşağa “telefonla oynama” deməsi çox inandırıcı görünmür.

Digər vacib məsələ alternativ yaratmaqdır. Uşağın telefonunu məhdudlaşdırırsınızsa, onun yerinə nə verirsiniz? İdman, dostlarla canlı ünsiyyət, ailəvi fəaliyyətlər, kitab, oyun, yaradıcılıq və digər sosial fəaliyyətlər uşağın həyatında kifayət qədər yer tutmalıdır. Əks halda telefonun yaratdığı boşluq daha da böyük görünəcək.

Məktəbin də burada ciddi rolu var. Məncə, məktəblərdə uşaqlara sosial medianın yalnız zərərlərindən danışmaq əvəzinə rəqəmsal savadlılıq öyrədilməlidir. Uşaq bilməlidir ki, sosial media platformalarının alqoritmləri onun diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün işləyir. “Bir video da baxım” hissinin necə yarandığını, bildirişlərin davranışa necə təsir etdiyini və sosial müqayisənin psixoloji vəziyyətə necə təsir edə biləcəyini anlamalıdır.

Eyni zamanda müəllimlər və məktəb psixoloqları uşaqlarda rəqəmsal asılılığın ilkin əlamətlərinə diqqət etməlidirlər. Məsələn, uşaq telefonu əlindən alınanda həddindən artıq aqressivləşirsə, dərsə və digər fəaliyyətlərə marağı azalırsa, yuxu rejimi pozulursa, real sosial münasibətlərdən uzaqlaşırsa və telefon istifadəsinə nəzarət edə bilmirsə, artıq sadəcə “çox telefon istifadə edir” demək kifayət deyil. Burada problemin səbəbini araşdırmaq lazımdır.

Valideyn və məktəb də bir-birindən ayrı fəaliyyət göstərməməlidir. Evdə bir qayda, məktəbdə tamamilə başqa yanaşma olduqda uşaq üçün sərhədlər qarışıq olur. Buna görə məktəb-valideyn əməkdaşlığı vacibdir.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: hər çox telefon istifadə edən uşağı “asılı” adlandırmaq düzgün deyil. Sadəcə ekran qarşısında keçirilən saatın çox olması avtomatik olaraq asılılıq demək deyil. Biz uşağın funksionallığına baxmalıyıq: yuxusu, dərsləri, sosial münasibətləri, ailə münasibətləri, emosional vəziyyəti və gündəlik fəaliyyətləri nə dərəcədə pozulur?

Ən əsası isə uşağı utandırmaq və qorxutmaq deyil. “Telefonu əlindən alsam, məndən nifrət edəcək” qorxusu ilə sərhəd qoymamaq da, “telefonunu bir də görsəm sındıracağam” kimi sərt cəza tətbiq etmək də sağlam yanaşma deyil.

Valideynin mövqeyi belə olmalıdır: “Sənin telefon istifadə etməyinə qarşı deyiləm, amma bunun sənin yuxuna, dərsinə, sağlamlığına və münasibətlərinə zərər verməsinə icazə verməyəcəyəm.”

Yəni məqsəd uşağı rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq deyil. Çünki bu, real həyatda mümkün də deyil. Məqsəd uşağa özünü idarə etməyi, sərhəd qoymağı və texnologiyadan istifadə etməyi öyrətməkdir.

Mən bunu üç əsas prinsipdə ümumiləşdirərdim: aydın sərhədlər, valideyn nümunəsi və uşağın emosional ehtiyaclarının qarşılanması.

Çünki bəzən problem telefon deyil. Uşaq telefonun içində real həyatda tapa bilmədiyi bir şeyi axtarır: diqqət, qəbul olunmaq, dostluq, həyəcan və ya sadəcə özünü yaxşı hiss etmək.

Ona görə telefonu uşağın əlindən almaqdan əvvəl özümüzə bir sual verməliyik: “Bu uşaq telefonda nə tapır ki, real həyatda tapa bilmir?” Məncə, rəqəmsal asılılığın qarşısının alınmasında ən vacib psixoterapevtik suallardan biri məhz budur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri