Icma.az
close
up
RU
“Bəzən saziş kağız üzərində imzalanır, Cənubi Qafqazda isə real sülh mövcuddur”

“Bəzən saziş kağız üzərində imzalanır, Cənubi Qafqazda isə real sülh mövcuddur”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır: “Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır. Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik”.

“Yəni məsələ yalnız Ermənistan Konstitusiyası deyil?”, - sualına H.Hacıyev belə cavab verib: “Bu məsələ həll olunduqdan sonra sülh yolunda artıq ciddi maneələrin qalmayacağına inanırıq”.

Hikmət Hacıyev Rəsmi Bakının Moskvanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözlədiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur: “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi - red.) ilə başladı. Qəza Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik – bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri