Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Vüsal Mehdiyevin sözlərinə görə, yürüşün çox olması maşının çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.
Ustanın sözlərinə görə, bu problemi öncədən bilmək və ortaya çıxarmaq çox çətin məsələdir. Yalnız avtomobil ölkəyə gətirildikdən sonra yaxşı mütəxəssis tərəfindən texniki baxışdan keçdikdən sonra bilmək mümkündür.
Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda, həmin şəxs və yaxud şəxslərə 3 min manatdan 5 min manatadək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə 5-7 min manatadək cərimə və ya 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















