Icma.az
close
up
RU
DİQQƏT! Onlayn alış verişdə aldanmamaq üçün...

DİQQƏT! Onlayn alış verişdə aldanmamaq üçün...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Mütəxəssislər deyirlər ki, məhsul xaricdən alınıbsa, heç bir dövlət orqanına şikayət etmək mümkün deyil
Son illər əksəriyyət onlayn alış-verişə üstünlük verir. Təəssüf ki, belə alış-verişlər zamanı bəzən fırıldaqçılıqla, eləcə də alınan malın sifariş ediləndən fərqli olması, yaxud ümumiyyətlə, məhsulun gəlməməsi kimi hallarla qarşılaşa bilirik. Bu hallarda insanlar nə etməlidir?
Qeyd edək ki, xarici ölkələrdə onlayn alış-veriş zamanı istehlakçıların hüquqlarını qorumaq və fırıldaqçılığın qarşısını almaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Əksər inkişaf etmiş ölkələrdə ödənişlərin qorunması üçün banklar və kredit kartı şirkətləri məsuliyyət daşıyır. Fırıldaqçılıq edən satıcılara qarşı cərimələr və məhdudiyyətlər tətbiq olunur. Müştəri hüquqlarını qoruyan dövlət və qeyri-dövlət qurumları var. Onlayn platformalar alıcını qorumaq üçün qaydalar və zəmanətlər təqdim edir. Misal üçün, ABŞ-da Federal Ticarət Komissiyası (FTC) onlayn alış-verişdə istehlakçıların hüquqlarını qoruyur. Əgər mal çatdırılmırsa və ya fırıldaqçılıq olursa, bank vasitəsilə ödəniş geri alına bilər. Eləcə də, Better Business Bureau (BBB) kimi təşkilatlar satıcıların etibarlılığını qiymətləndirir. E-ticarət platformalarına ciddi nəzarət var, məsələn, “Amazon” və “eBay” alıcıları qorumaq üçün satıcılara qayda və standartlar tətbiq edir. Çində isə Alibaba, JD.com kimi böyük platformalar satıcıları ciddi yoxlayır və alıcıları qorumaq üçün “escrow” sistemi (ödəniş satıcıya yalnız alıcı razı olduqda verilir) tətbiq edilir. Fırıldaqçılıq edən şirkətlər “qara siyahıya” salınır və ticarət fəaliyyətləri məhdudlaşdırılır. Aliexpress Buyer Protection sistemi var ki, məhsul düzgün gəlmədikdə alıcının pulu qaytarılır. İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, onlayn ticarətdə istehlakçının malı 14 gün müddətində geri qaytarmaq və dəyişmək hüququ var: “Yalnız kassa çeki olmaq şərtilə. Amma çox vaxt onlayn ticarət zamanı kassa çeki verilmir. Buna görə də malların qaytarılma və ya dəyişdirmə imkanı olmur. Bəzən axşam saatlarında, metro çıxışlarında malları istehlakçının üstünə atıb gedirlər. İstehlakçılar bu kimi hallara qarşı diqqətli olmalıdır və hüquqlarını bilməlidirlər. Xüsusilə yeni onlayn ticarət platformalarında ciddi fırıldaqlar olur. Məsələn, "Tempo"dan şikayət gəlib, alış-veriş zamanı bəzi vətəndaşlar bu cür hallarla qarşılaşıb. “İnstagram” səhifəsində saat sifariş edib, lakin ona sadəcə dairəvi metal parçası göndərilib. Başqa bir vətəndaş dəsmal dəsti sifariş verib, lakin cəmi 20 sm uzunluğunda parça veriblər. Bu sahədə çox ciddi aldatma var. Ona görə də istehlakçılara tövsiyə olunur ki, belə hallarla qarşılaşdıqları təqdirdə mütləq İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər. Bunun üçün “195 Çağrı Mərkəzinə və ya (+994 12) 599-76-00 nömrəsinə zəng etsinlər”.

Əkrəm Həsənov 
Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a mövzu ilə bağlı mühüm məqamları açıqlayıb: “Azərbaycanda belə hal baş verirsə, rahatlıqla həll etmək olur. Fərqi yoxdur, bu mağazadan alınıb, yoxsa onlayn sifariş edilib. Hər iki halda həm məhkəməyə müraciət etmək mümkündür, həm də ən rahat yol olaraq istehlakçıların hüquqlarının müdafiəsi baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək olar. Bu yol daha asan hesab edilir, çünki məhkəmə prosesi əlavə xərclər, vəkil haqqı və digər prosedurlar tələb edir, bu da bəzən alınan məhsulun qiymətindən baha başa gələ bilər. Amma şikayət edib məsələnin həllinə nail olmaq mümkündür.
O ki qaldı xaricdən alınan məhsullara, bu, əlbəttə ki, problem yaradır. Birinci, ölkəmizdə heç bir dövlət orqanına siz bu barədə şikayət edə bilməzsiniz, çünki həmin şirkətlər bizim dövlətin ərazisində deyil. Heç kəs də sizə bu məsələdə kömək etməyəcək. Yalnız həmin ölkənin dövlət orqanları, əgər varsa, həmin dövlətin məhkəməsi bunu edə bilər. Təsəvvür edin ki, hətta Azərbaycanda məhkəməyə müraciət etmək bahadırsa, xaricdə bunu etmək lap bahadır, üstəlik, onların qanunlarını bilmədən hərəkət etmək, əlbəttə ki, real deyil. Bu halda vətəndaşımız aciz qalır, çünki aldığı malın dəyəri o qədər yüksək deyil ki, bu prosesə vaxt və pul sərf etsin. Təbii ki, qanuni yolla bunu etmək olar. Kimsə prinsipə düşüb, xarici ölkədə özünə vəkil tapıb bu işin axırına çıxa bilər. Amma əksəriyyət bunu edə bilməz".
Hüquqşünas əlavə edib ki, insanlar etibar etdikləri şirkətlərdən onlayn alış-veriş etsinlər: “Bu  münasibətlər daha çox etibar və güvən üzərində qurulub. Yəni həmin o onlayn satış şəbəkələri daha çox nüfuzlarını qorumağa çalışırlar. Çünki onlar dünyada tanınır. Onlar haqlarında pis fikir, mənfi rəy formalaşmasını istəməzlər. Məsələn, hansısa satıcının məhsulu göndərməməsi, səhv göndərməsi və ya digər oxşar problemlər barədə mənfi rəy yaranmasını arzulamazlar. Amma belə rəyləri yaratmaq mümkündür - sosial şəbəkələrdə, onların saytlarında şikayətlər, müraciətlər vasitəsilə. Buna görə də insanlara tövsiyəm budur ki, birincisi, tanınmamış yerlərdən alış-veriş etməyin. Sizin alış-veriş etdiyiniz ticarət şirkəti nə qədər çox tanınırsa, sizin də təminatınız yalnız o qədər güclü ola bilər. İkincisi də odur ki, tanınmayan şirkətlərdən nəsə alırsınızsa, kart məlumatlarınızı daxil edirsiniz və sonra da təəccüblənirsiniz ki, niyə kartınızdan pullar oğurlandı. Məlumatlarınızı paylaşmaqdan çəkinin. Bəli, tanınan şirkət əlbəttə ki, oğurluq etməz, çünki onun nüfuzu var. Amma yenə də deyirəm ki, hətta tanınan şirkətlərdə belə problemlər yarana bilər. Problemlər yarandıqda isə mütləq onlara öz saytları vasitəsilə müraciət etməlisiniz. Yəni burada başqa bir yol yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri