Icma.az
close
up
RU
Bəzi insanlar adi sözə qarşı dözümsüz olurlar Psixoloq

Bəzi insanlar adi sözə qarşı dözümsüz olurlar Psixoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.

Bakupost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır cinayətin “qəhrəmanları” 20 illik dost olublar.

Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub. 

İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.

Fərzalı üzünü turşudaraq Rəhmana “cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.

Rəhman məhkəmədə həmin günü belə xatırlayıb: “Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, “sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”

Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.


Psixoloq Zeynəb Əyyubova Sherg.az-a bildirib ki, bu cür hadisələr adətən təkcə bir cümləyə verilmiş reaksiya ilə izah edilə bilməz:

“Görünən budur ki, bu insanda uzun müddətdir yığılan emosional gərginlik, bəlkə də dərin psixoloji travmalar və ya şəxsiyyət pozuntuları ola bilər. Ən çox rast gəlinən hallardan biri emosional özünü tənzimləmə bacarığının zəif olmasıdır. Bu insanlar adi bir sözə qarşı ölçüsüz və həddindən artıq reaksiya verirlər. Bəzən bu, impuls nəzarətsizliyi, aqressiya problemi, hətta antisosial şəxsiyyət pozuntusu kimi dərin psixoloji pozuntuların göstəricisi ola bilər:

“Bəli, müəyyən əlamətlər öncədən özünü göstərə bilər. Məsələn:

• Kiçik səbəblərə qarşı şiddətli emosional reaksiyalar vermək

• Aqressiv davranışlar (heyvanlara və ya insanlara qarşı)

• Qisasçıl düşüncə tərzi — ‘mənə bunu dedisə, cavab verməliyəm’ yanaşması

• Öz hisslərini idarə etməkdə çətinlik

• Duyğusal soyuqluq, empatiya çatışmazlığı

• Münasibətlərdə qəfil partlayışlar, sıx-sıx konflikt yaşamaq

Bəzən belə insanlar gündəlik həyatda “normal” görünə bilirlər, amma iç dünyalarında ciddi daxili gərginlik yaşayırlar. Əgər ailə, dostlar və cəmiyyət bu əlamətləri erkən fərq edib, lazımi dəstəyi göstərsə, bir çox faciənin qarşısı alına bilər. Cəmiyyətdə emosional sağlamlıq mövzusunda maarifləndirmə artmalıdır.

• İnsanlar psixoloji yardım almağı utanılacaq bir hal kimi görməməlidirlər.

• Məktəblərdə və iş yerlərində emosional intellektin inkişafı üçün təlimlər təşkil olunmalıdır.

• Davamlı olaraq aqressiv və impulsiv davranan şəxslər psixoloji dəstəyə yönləndirilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri