Icma.az
close
up
RU
Bəzi işəgötürənlər analıq məzuniyyəti və ailə öhdəliklərini əsas gətirməklə, qadınları uzunmüddətli işə götürmürlər

Bəzi işəgötürənlər analıq məzuniyyəti və ailə öhdəliklərini əsas gətirməklə, qadınları uzunmüddətli işə götürmürlər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabr ayının 1-i-nə qədər Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236 min 400 nəfər olub. Onların 50,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub.Qadınlar niyə işsiz qalır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qadınların işsiz qalmasının bir neçə səbəbi var: “Əmək bazarındakı stereotiplər və gender ayrı-seçkiliyi səbəbindən bəzi işəgötürənlər qadınları “müvəqqəti işçi” kimi görür, analıq məzuniyyəti və ailə öhdəliklərini əsas gətirərək onları uzunmüddətli işə qəbul etmirlər”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, qadınlar daha çox təhsil, səhiyyə, sosial xidmət və pərakəndə satış sahələrində çalışırlar, amma yüksək maaşlı sahələrdə, məsələn, texnologiya, mühəndislik və idarəetmədə onların payı azdır.

“Yaş faktoru da böyük rol oynayır. 40 yaşdan yuxarı qadınları işə götürmək istəməyən müəssisələr çoxdur. Pensiya yaşının artması qadınların daha uzun müddət işləməsini tələb edir, amma işə qəbulda yaş maneəsi ilə üzləşirlər. Eyni zamanda, uşaq baxımı və sosial infrastrukturun zəifliyi qadınların əmək bazarına qayıdışını çətinləşdirir, xüsusilə regionlarda bu problem daha ciddi görünür”-deyən iqtisadçı vurğulayıb ki, qadınların işsiz qalması iqtisadiyyata mənfi təsir göstərir.

Akif Nəsirlinin sözlərinə görə, işçi qüvvəsinin yarısının potensialından istifadə olunmaması istehsal gücünü azaldır.

“İşsiz qadınlar ailə büdcəsinə az töhfə verdiyi üçün ümumi daxili tələbat da azalır və iqtisadi dövriyyə yavaşlayır. Bundan başqa, işsiz qadınların sayının artması sosial müavinətlərə tələbi artırır və dövlətin sosial yükünü böyüdür. Qadınların iqtisadi qərarvermə proseslərində az təmsil olunması isə innovasiya və idarəetmədə müxtəlif baxış bucaqlarının itirilməsinə səbəb olur”-deyən iqtisadçı qeyd edib ki, problemi həll etmək üçün dövlət və özəl sektorda gender bərabərliyi siyasətinin gücləndirilməsi, uşaq baxımı və iş-həyat balansını dəstəkləyən proqramların artırılması, qadınların rəqəmsal və texnoloji peşələrə yönəldilməsi üçün təlimlərin təşkili və 40 yaşdan yuxarı qadınlar üçün yenidən ixtisaslaşma və distant iş imkanlarının genişləndirilməsi vacibdir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri