Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
"Qəbul etdiyimiz qanunlar insanların həyat şəraitini yaxşılaşdırmalı, ölkənin inkişafına xidmət etməlidir. Amma bəzi qanunlar insanlar üçün müəyyən məhdudiyyətlər, çətinliklər yaradır. Bunu da etiraf etməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. O bildirib ki, cəmiyyətdə müzakirə olunan mövzulardan biri əhalinin regionlardan paytaxta axını ilə bağlıdır:
"Bunun qarşısını necə almaq olar? Bu da cəmiyyətdə müzakirə olunur. Düzdür, paytaxtın əhalisi çoxalır. Bu da tıxaclarla, sosial infrastrukturla bağlı problemlər yaradır. Şəhər çox əhaliyə hesablanmadığından belə problemlərin olması mümkündür. Regionlardan insanların şəhərə axınının qarşısının alınması hamımızı düşündürməli məsələdir".
Deputat qeyd edib ki, kənddə yaşayan insanın fəaliyyəti torpaqdadır: "Kəndlərdə zavodlar, fabriklər tikilmir və həmin kəndlilərə, fermerlərə torpaqda sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır. Özünün mülkiyyəti olan torpaqda istədiyi məhsulun becərilməsi üçün, istədiyi kimi istifadə edilməsi üçün şərait yaradılmalıdır. Amma nə baş verir? Torpaq Məcəlləsində, Cinayət Məcəlləsində edilmiş dəyişikliklərlə kəndlilərə, fermerlərə özlərinin pay torpaqlarında bitmiş kol-kosdan təmizlənməsi qadağan olunub. Əgər bir fermer və yaxud kəndli özünün pay torpağını mülkiyyəti hesab edirsə və onun vergisini verirsə, onun üzərində bitmiş kol-kosdan təmizlənməsində də sərbəstlik verilməlidir ki, o torpaqdan səmərəli istifadə edə bilsin".
O qeyd edib ki, fermerlər, kəndlilər özlərinin pay torpaqlarında, mülkiyyətdə olan digər torpaqlarda özünün şəxsi məqsədləri üçün, kommersiya məqsədləri üçün, tikinti məqsədləri üçün ağaclar əkir: "Fermer və ya kəndli öz torpağında, pay torpağında əkdiyi ağaca qulluq edir, xərc qoyur, böyüdür və ağacı kəsmək istəyəndə qanun buna icazə vermir. Yəni əgər fermer və ya kəndli öz torpağında belə bir sərbəstlik əldə etmirsə, təbii ki, bu məhdudiyyətdir və kəndlinin o torpaqdan gəlir götürməsini də çətinləşdirir".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















