Icma.az
close
up
RU
“Bəzi dərsliklər şagirdlər üçün çətinliklər yaradır”

“Bəzi dərsliklər şagirdlər üçün çətinliklər yaradır”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir.

Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir”.

E. Əliyev vurğulayıb ki, toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim edilir: “Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir”.

O bildirib ki, məktəblərdə keyfiyyət monitorinqi ilboyu davam edir: “Əgər hansısa məktəbdə keyfiyyət monitorinqi aparılır və məktəbin zəif tərəfləri müəyyənləşdirilirsə, həmin məktəbə müəyyən bir müddət verilir. Təxminən 2 ildən sonra həmin məktəb yenidən yoxlanılır. Bu il ərzində aparılmış təkrar monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş müşahidə olunub. Bu məlumatlar bizdə mövcuddur. Lakin bu bütün məktəblərə aid deyil. Hələ də ölkəmizin bir çox məktəblərində keyfiyyətin yaxşılaşdırılması üçün gedəcəyimiz uzun yol var”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri