Icma.az
close
up
RU
Bəzi uşaqlar niyə ünsiyyət qurmaqda çətinlik çəkirlər?

Bəzi uşaqlar niyə ünsiyyət qurmaqda çətinlik çəkirlər?

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ünsiyyət uşaqların ən vacib tələbatlarından biridir. Lap körpəlikdən tutmuş hər bir yaş dövrünün özünəməxsus ünsiyyət tələbatı olur. Ünsiyyət sosial tələbatdır və uşaqların şəxsiyyətinin inkişafında mühüm rol oynayır. Ünsiyyət qurmaqda çətinlik çəkən, tək yaşamağı, özü ilə daha çox vaxt keçirməyi sevən uşaqlar asosial uşaqlar hesab edilir.
Təəssüflər olsun ki, dövrümüzdə əksər valideynlər uşaqlarının asosial olmağından şikayətlənirlər. Övladlarının ancaq otaqlarında, kompüter, telefon ya da televizor qarşısında zaman keçirməsindən məyus olurlar. Belə uşaqlar məktəbdə, getdikləri yerlərdə heç kimlə danışmır və oynamırlar. Ailələri ilə fikirlərini bölüşməkdən belə qaçırlar. Bir çox ata və analar buna diqqət yetirməsə də, bəzi valideynlər çox narahat olurlar.
Problemin səbəblərini və həlli yollarını öyrənmək üçün Psixoloq Gövhər Məmmədovaya müraciət etdik. O, Missiya.Az-a açıqlamasında deyib ki, uşaqlarda asosiallıq fərqli səbəblərdən qaynaqlana bilər:
“Ana-atalar özləri asosial olduqda övladlarında da bu formalaşa bilər. Habelə ən böyük səbəblərdən biri də texnologiyadır. Hazırda texnologiya dövrü olduğuna görə biz onları çox kiçik yaşda telefon, planşetlər və s. tanış etdikdə sözügedən fəsadlar ortaya çıxır, azyaşlı ətraf mühitdən, cəmiyyətdən aralanır. Uşaq utancaq da ola bilər və həmin xarakter ona ünsiyyətdə çətinlik törədir”.

Psixoloqun sözlərinə görə, asosiallığın qarşısını bir çox üsullarla almaq mümkündür:
“Valideynlər övladlarının maraqlarını çəkən hansısa fəaliyyətlər tapıb ona yönəldə bilərlər. Bunu da birbaşa yox, yavaş-yavaş etmək lazımdır. Məsələn, rəsm, rəqs kurslarına və s. Hansı ki, orada tək yox, öz yaşıdları ilə birgə vaxt keçirəcəklər. Uşaq utancaq olduğu zaman anası və atası ona anlayış göstərməli, utandığı məqamları izah etməlidir. Valideynlər uşaqlarını ətraf mühitlə tanış etməli, açıq havada daha çox vaxt keçirmələrinə şərait yaratmalıdırlar. Təbii ki, müəyyən qədər evdə də qala, kompüter, televizordan və s. istifadə edə bilər. Lakin bütün gününü bu cür şəkildə keçirmək yolverilməzdir".

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri