Icma.az
close
up
RU
Bəzi viruslar psixi pozğunluqların riskini azalda bilər ARAŞDIRMA

Bəzi viruslar psixi pozğunluqların riskini azalda bilər ARAŞDIRMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Sun Yat-sen Universitetinin alimləri müəyyən ediblər ki, bəzi viruslara qarşı genetik meyillilik insanlarda psixi pozğunluqların yaranma ehtimalına fərqli şəkildə təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Brain, Behavior & Immunity – Health (BBI)” jurnalında dərc olunub.

Mütəxəssislər 410 mindən çox avropalı şəxsin genetik məlumatlarını FinnGen bazası vasitəsilə təhlil ediblər. Men­del­yan randomizasiyası adlı genetik yanaşmadan istifadə edərək alimlər 12 müxtəlif virusa (o cümlədən hepatit B, HİV, Epşteyn–Barr, SARS-CoV-2 və insan papilloma virusu) qarşı həssaslıqla beş psixi xəstəliyin – depressiya, həyəcan (anksiyete), obsesiv-kompulsiv pozğunluq (OKP), şizofreniya və mani­ak epizodların riski arasındakı əlaqəni araşdırıblar.

Nəticələr göstərib ki, bəzi viruslara qarşı genetik meyillilik müəyyən psixi pozğunluqlardan qoruyucu təsir göstərə bilər. Belə ki, hepatit B virusuna qarşı meyillilik ümumiləşmiş həyəcan pozğunluğu riskini 6% azaldır, HİV-ə qarşı meyillilik OKP riskini 16% azaldır, SARS-CoV-2-yə qarşı meyillilik isə eyni pozğunluğun riskini 22% azaldır, insan papilloma virusuna meyillilik isə şizofreniya riskini 16% azaldır.

Bununla yanaşı, Epşteyn–Barr virusuna (mononukleozun törədicisi) genetik meyillilik depressiya riskinin bir qədər artması ilə əlaqələndirilib.

Alimlərin sözlərinə görə, bütün viruslar eyni təsirə malik deyil və onların immun sistemlə, eləcə də beyinlə qarşılıqlı təsiri çox mürəkkəbdir. Tədqiqatçılar bildiriblər ki, əldə olunan nəticələr virusların yalnız mənfi deyil, bəzi hallarda qoruyucu bioloji mexanizmlərə də malik ola biləcəyini göstərir. Bu isə gələcəkdə psixi xəstəliklərin profilaktika və müalicə strategiyalarına yeni yanaşmalar gətirə bilər.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri