Süd məhsulları görmə zəifləməsi riskini azalda bilər ARAŞDIRMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinli alimlər müəyyən ediblər ki, süd məhsullarından qəbul edilən kalsium yaşla bağlı görmə zəifləməsi riskini azalda bilər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Food & Function” jurnalında dərc olunub.
Tədqiqatda 568 nəfər iştirak edib. Onların qidalanma rejimi analiz olunaraq kalsium qəbulu ilə görmə vəziyyəti müqayisə edilib. Nəticələr göstərib ki, daha çox kalsium qəbul edən şəxslərdə yaşa bağlı makulodistrofiya riskinin təxminən iki dəfə az olduğu müşahidə olunub.
Xüsusilə süd və yoqurt kimi məhsulların müntəzəm istifadəsi ilə riskin azalması arasında güclü əlaqə aşkarlanıb. Bu təsir daha çox kalsium çatışmazlığı olan insanlarda özünü göstərib.
Eyni zamanda, tərəvəz və paxlalılar kimi bitki mənşəli mənbələrdən və ya quru süddən alınan kalsiumun bu xəstəliyin riskinə ciddi təsir göstərmədiyi müəyyən edilib.
Alimlər qeyd edirlər ki, nəticələr birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, qidalanmanın göz sağlamlığında mühüm rol oynadığını göstərir. Süd məhsullarının rasiona daxil edilməsi xüsusilə yaşlı insanlar üçün görmənin qorunmasına kömək edə bilər.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Aprel 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















