Icma.az
close
up
RU
Erkən yemək genetik piylənmə riskini azalda bilər ARAŞDIRMA

Erkən yemək genetik piylənmə riskini azalda bilər ARAŞDIRMA

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 avqust, AZƏRTAC

Madrid Universitetinin yeni tədqiqatI göstərir ki, yeməkləri günün erkən saatlarında qəbul etmək, genetik olaraq piylənməyə meyilli olan insanlarda belə, uzunmüddətli çəki artımını azalda bilər.

AZƏRTAC xəbər verir ki, “Obesity” jurnalında dərc olunan araşdırma çərçivəsində tədqiqatçılar 1195 artıq çəkili və ya piylənməsi olan yetkinin iştirak etdiyi ONTIME (Piylənmə, Nutrigenetika, Zamanlama və Aralıq dənizi) tədqiqatını təhlil ediblər. İştirakçılar İspaniyada altı müxtəlif arıqlama klinikasında 16 həftəlik çəkiitirmə proqramında iştirak ediblər və onların yemək vaxtı, genetik məlumatları və uzunmüddətli çəki dəyişiklikləri izlənilib. Tədqiqatçılar hər bir iştirakçının genetik piylənmə riskini 900 mindən çox genetik marker əsasında hesablayıblar.

Nəticələr göstərib ki, yemək vaxtı nə qədər gec olarsa, xüsusilə genetik riski yüksək olan fərdlərdə, uzunmüddətli çəki artımı bir o qədər çox olur. Belə ki, yeməyin orta nöqtəsinin hər bir saat gecikməsi bədən kütlə indeksində 0,95 kiloqram/kvadratmetr və bədən çəkisində 2,2 faiz artımla əlaqələndirilib. Genetik riski yüksək olan qrupda bu artım 2,21 kiloqram/kvadratmetrə qədər yüksəlib. Əksinə, aşağı genetik riskə malik şəxslərdə bu cür əlaqə müşahidə edilməyib.

Tədqiqat nəticələri göstərir ki, yemək vaxtı yalnız metabolik proseslərə deyil, eyni zamanda, genetik piylənmə riskinin reallaşmasına da təsir göstərə bilər. Müəlliflərin fikrincə, erkən yemək vərdişi, genetik riskə baxmayaraq uzunmüddətli arıqlama nəticələrinin qorunmasına kömək edə bilər və fərdiləşdirilmiş piylənmə müalicəsində nəzərə alınmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri