Bəzi yerlərdə külək güclənəcək
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Kəlbəcər, Laçın, Şabran, Xızı, Qobustan, Siyəzən, Neftçalada şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Bəzi yerlərdə külək güclənəcək
23 Noyabr 2024 22:30

