Bəziləri özlərini çox rahat hiss edir, düşünürlər ki, onları istənilən halda milliyə çağıracaqlar
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandasının sabiq forvardı Kənan Kərimov Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızın uğursuz nəticələri haqda danışıb. Kərimovun fikrincə milli komandada köklü dəyişikliklərə ehtiyac var:
"Millimiz son iki görüşü təəssüf ki, uduzduq. Fikrimcə, Haiti və Belarusa uduzmaq qəbulolunmazdır. Özü də, qol vurmadan uduzduq. Komandada sanki milli ruh "ölüb". Bəzi oyunçular özlərini çox rahat hiss edirlər və düşünürlər ki, oynayıb-oynamamağımızdan asılı olmayaraq, hər zaman milliyə dəvət ediləcəklər. Millidə lider çatışmazlığı var.
Fernandu Santuşun karyerasını müzakirə etməyə ehtiyac yoxdur. Böyük karyeraya malik məşqçidir. Heyət baxımından düzgün seçimlər etməlidir. Futbol ictimaiyyətinə nəticə lazımdır ki, təskinlik olsun. Ancaq bu gedişlə qarşıdakı DÇ-2026-nın seçmə mərhələ oyunlarında da nəticə əldə olunmayacaq. Nə qədər gec deyil, artıq ayılmaq lazımdır".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















