Icma.az
close
up
RU
Bibisinin evini taladı, əşyaları sosial şəbəkədə satdı

Bibisinin evini taladı, əşyaları sosial şəbəkədə satdı

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Zaqatala rayonunda bibisinin evindən oğurluqda ittiham olunan 2001-ci il təvəllüdlü Samir Bədirovun cinayət işinə baxılıb.

Avtosfer.az Teleqraf.com-a istinadla xəbər verir ki, Samir 2024-cü ilin sentyabrın sonunda bibisinin evinin qapısını dəmir burğacla açıb və qonaq otağından 1200 manat dəyərində künc divanı, jurnal masası, 600 manat dəyərində stol və 6 ədəd stulu, 200 manat dəyərində tozsoranı oğurlayıb. O, ev sahibinə ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş onun bibisidir:

"Bir gün qəfil bibimin evindən oğurluq etmək fikrinə düşdüm. Oğurluğu tək törətdim. Öncə oğurlayacağım əşyaların şəkillərini "WhatsApp" qrupuna yerləşdirdim, sosial şəbəkə vasitəsi ilə əşyaları alan şəxslər özləri onları maşına yükləyərək getdilər. Lakin evin açarları məndə olmayıb. Qapı dəmir olduğu üçün itələyərək açmışam. İçəri qapının isə kilidini dəyişərək ayrı kilid qoymuşam. Evdən stol-stulları, tozsoranı aparmışam. Pul, qızıl oğurlamamışam".

Təqsirləndirilən şəxs bildirib ki, alıcılar həmin əşyaların oğurluq olmasını bilməyiblər. Əşyaları özünkü kimi təqdim edib, oğurlayaraq satdığı mallar geri qaytarılıb: "Qalan əşyanın da dəyərini ödəməyə hazıram Əməlimdən peşmanam. Bağışlanmağımı xahiş edirəm".

Zərərçəkmiş qismində ifadə vermiş ev sahibi olan qadının sözlərinə görə, təqsirləndirilən qardaşının oğludur, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur:

"Bu ev Rusiyada yaşayan digər qardaşımındır. Qardaşım Rusiyaya gedəndə açarlardan birini mənə, digərini isə ustaya verib. Usta evə baxmaq üçün getdikdə qapının açılmadığını gördü və tez qardaşıma zəng etdi. Qardaşım da mənə zəng vurdu. Rəhmətlik yoldaşımla evə getdik, məndəki açarla qapını açmağa çalışdıq. Lakin qapı açılmadı.

Qardaşım evə girənin tapılması üçün polis şöbəsinə ərizə verilməsini istədi. Bir saatdan sonra cinayətkarın tapıldığını dedilər. Oğurluq edənin qardaşım oğlu olduğu üzə çıxdı".

Zərərçəkmiş qeyd edib ki, fərdi yaşayış evi qardaşı Bəhram Bədirovun adına olsa da, qardaşı həmin evi onun istifadəsinə verib:

"Mən qazanc əldə etmək məqsədilə həmin evi kirayəyə vermək istəmişəm və öz hesabıma əşyalar alaraq evə qoymuşam. Əşyaların oğurlanması nəticəsində mənə ümumilikdə 2000 manat ziyan dəyib".

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Samir 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Cəza çəkdiyi müddətdə təqsirləndirilən şəxsin üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 7:00-dək yaşayış yeri olan evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 May 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see384

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see366

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see307

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see300

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see295

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see291

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see287

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see271

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see247

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see240

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri