Sosial şəbəkədə gördüklərimizdən utanırıq
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
"Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə feysbuk hesabında yazıb. Aparıcı sosial şəbəkədlərdə yazılan qeyri-etik ifadələri tənqid edib:
"Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















