Icma.az
close
up
RU
“Ölümü öldürən adam...”

“Ölümü öldürən adam...”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyevi lap yaxından həyatımda cəmi bircə dəfə görmüşəm.

Mərhum Səfiyar Musayevlə BDU-da təşkil edilən vida mərasimində. Lap dəqiqi, həmin mərasim öncəsi. Biz, 1-ci kurs tələbələri əsas korpusun qarşısında dayanmışdıq. Ulu Öndər onu gətirən uzun və yaraşıqlı maşından düşdü, dağınıq saçlarını barmaqları ilə arxaya doğru daradı, ətrafdakılara baş hərəkəti ilə salam verdi və dərhal Səfiyar müəllimin nəşi qoyulan zala doğru irəlilədi.
Mərasimə müəllim heyəti ilə bərabər yalnız yuxarı kurs tələbələri qatılmışdı.

Biz isə Heydər Əliyevin bayırda qalan tək müşayiətçisini – sürücünü və maşının özünü qəribə baxışlarla süzürdük: “Görəsən oturacaqlar necədir?”, “Sürət göstəricisində maksimum hədd nə qədərdir?”, “İçində şəhər telefonu varmı, yoxmu?” - kimi səssiz sualların fonunda.

Hə, 16 yaşımız vardı. Gənc də yox, uşaq idik və özünüdərkin bu mərhələsində Heydər Əliyevin maşını bəlkə də Heydər Əliyevin özündən daha maraqlı görünürdü bizə. Və ən əsası: fərqində belə deyildik ki, o maşının zaman-zaman yüz və ya min bənzəri qarşımıza çıxsa da bənzərsiz Heydər Əliyevdən bir də heç vaxt çıxmayacaq!

Mən Heydər Əliyevlə çalışanlara, həmsöhbət olanlara hər zaman həsəd aparmışam. Bəzən müsahibə və açıqlamalarında: “Onu öz “jiquli”mlə aeroporta apardım”, “bərabər sup içdik”, “səhərə qədər söhbət elədik” – tipli fikirlər səsləndirən insanlara, bu qədər özəl və yaxın münasibətin yiyələrinə isə sözün gerçək anlamında paxıllıq etmişəm. Hətta yuxarıda ötəri təsvirini verdiyim və bəlkə də ömrü boyunca susqun qalan sürücüsünə belə. Özümdən asılı olmadan.

Heydər Əliyev sıfırdan dövlət qurub. Məhz sıfırdan! Heydər Əliyev - bütün resursları məhv edilmiş bir məmləkəti qısa zaman kəsiyində dünya çapına çıxarıb, onun bütövlüyünü, suverenliyini bütün yad və iç təhdidlərdən qoruyub. Tək gücü ilə! Heydər Əliyev Azərbaycanı əlikramların, surətlərin, rövşənlərin, “sadval”çıların, 1 illik hakimiyyətləri dövründə Azərbaycanı viran günə qoyan quldurbaşıların caynağından xilas edib və sadəcə Tanrı bilir, nələrin bahasına!

“Gəncə hadisələri” ilə bağlı videolara hər dəfə nəzər yetirdiyimdə içim sızlayır. Mirşahinin Heydər Əliyevdən açıqlama aldığı məqama lütfən diqqətlə baxın. Yorğunluq və əsəb pik həddədir! Bu nəhəng adam Surətlə nə danışa, nə müzakirə edə bilərdi ki? – Əlbət, heç nə! Amma Surəti dəyərindən milyon qat artıq şişirdənlər, “Surət Gəncədən Bakıya doğru yol alıb, gizlənin”- anonsunu verənlər vəziyyəti elə bir həddə gətirmişdilər ki, Surət az qala ideologiya “dəngə”sinə çevrilmişdi, baş prokuroru, səlahiyyətli şəxsləri həbs edirdi, prezident Elçibəyin həbsinə sanksiya imzalatdırırdı. Ona görə onunla üzbəüz oturub müzakirə aparmaq məhkumiyyəti yaranmışdı.

Bax, bu səbəbdən içim sızlayır ki, Ulu Öndər kimi şəxsiyyət Surət kimi gədə ilə bir masa arxasında + kiminsə səhvlərini sığortalamaq və Azərbaycanı qorumaq üçün müzakirə aparmağa məcbur olub. Səbrini sınağa çəkərək. Əsəblərinə min bir əziyyətlə hakim kəsilərək. “Lənət sənə şeytan” - deyərək...

Heydər Əliyev ölümdən qorxmadığı üçün bütün sui-qəsdlərdən xilas olub. O, prezidentliyi özünə prioritet seçmədiyi üçün Prezident olub.

General Şahin Musayevin zirehli texnikası Heydər Əliyevi səfərdən gətirən təyyarəyə tuşlanıır. Bir tətik çəkimi yetərlidir ki, sui-qəsd reallaşsın. Amma hava anidən dəyişir və təyyarə məcburən Mərdəkan deyil, Buzovna üzərindən eniş etməli olur və beləcə təbiət Heydər Əliyevi ölümdən qurtarır! – Budur, Tanrının əli!

Prezidentin korteji keçən məkanlarda ard-arda 11 terror düzənlənir. Amma hər dəfəsində ya 10 addım ya da 2 dəqiqə qala kəşfiyyat məlumatı əldə edilir və möcüzə nəticəsində məkrli planlar fiaskoya uğrayır! – Budur, düz adamın həyatdakı sığortası!

Üç dəfə tribunada huşunu itirir, yıxılır. Həkim korpusu, mühafizə xidməti səhnəyə çıxacağı halda 99 deyil, 100 faizlik ölüm halının baş verəcəyini qətiyyətlə bildirir, “Hərbçi, kursant qarşısına şux formada çıxmadan, onlara öz əzəmətimlə “sağ ol” demədən bu məkandan getmərəm, mən ölümdən qorxsam Heydər Əliyev olmaram!” - israrını bütün ətraf səngitməyə çalışır. Alınmır! O inadla qayıdır. Hər şeyi dediyindən də gözəl edir. Əcələ meydan oxuyur. Ölümü öldürür! Və yaşayır! Budur, cəsarətin mükafatı!

Heydər Əliyevin Parlamentdəki çıxışını əngəlləmək, ona mane olmaq üçün ayaqlarını yerə döyəcləyənlər, Ulu Öndərin Naxçıvandakı iş otağınının şüşələrini 1 ayda 5 dəfə sındıranlar, cəbhədə yaratmalı, qurmalı olduqları blokadanı, istehkamı ümummilli liderə, onun ətrafına, silahdaşlarına qarşı quranlar indi hardadırlar?! – Tarixin zibilliyində!

Bəs Heydər Əliyev? - Qəlblərdə, yaddaşlarda və ən gözəl xatirələrdə!

Hər zaman da belə olacaq!

Belə olacaq və belə qalacaq!

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri