Bikalyo Sabah la oyun haqda Dözümlülük çatmadı
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının ilk turunda təxirə salınmış oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Görüşü necə şərh edərdiniz?
- Kifayət qədər çətin oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Gərgin qarşılaşma alındı. Hesabda önə keçsək də, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.
- Qeyd etdiyiniz kimi, hesabda önə keçmişdiniz. Qələbə qazanmağınıza nə mane oldu?
- Bir az dözümlülük çatmadı. Bir qədər xətlərarası əlaqə də demək olar. Bir xətdən digərinə keçid istədiyimiz kimi alınmadı. Lakin bütün bunlar düzəldiləsi şeylərdir. Müəyyən qədər zaman lazımdır.
- Sıx qrafiki nəzərə alsaq, fiziki yorğunluq məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Təbii ki, fasilə ərəfəsində istər-istəməz yorğunluq olur. Lakin məğlubiyyəti təkcə bununla əlaqələndirmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik
- Rəqibin çıxışını necə dəyərləndirirsiniz?
- Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik.
- “Sabah” çempionluq yarışında “Qarabağ”a başağrısı ola bilər?
- Təbii ki, məğlubiyyət məğlubiyyətdir. Ancaq çempionat hələ bitməyib. Qarşıda kifayət qədər oyunlar var.
- İlin son oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Təbii ki, çətin keçəcək. Çempionatda demək olar ki, heç bir qarşılaşma asan olmur. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq.
Baxış sayı:51
Bu xəbər 19 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















