Icma.az
close
up
RU
Dözümlülük nümunəsi...

Dözümlülük nümunəsi...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Tolerantlıq Günüdür

Dünyada hər kəsin bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşaması tolerantlığın məğzini təşkil edir. Tolerantlıq müxtəlif seçimlərə, inanclara, dünyagörüşünə və digər xarakterə sahib olan insanların sosial münasibətlər əsasında birgəyaşayışıdır. Bu məfhum bütün mədəni müxtəlifliklərin mövcud olduğu cəmiyyətlərdə harmoniyanı, stabilliyi və sosial həyatın davam etdiyini daha da gücləndirir.

Araşdırmaçıların qənaətinə görə, tolerantlıq anlayışı 16-17-ci əsrlərdə Qərbdə yaranıb və inkişaf edib. Əsasən dini mahiyyətli bu anlayış həmin dövrlərdə Avropada gedən məzhəblərarası münaqişələrin qarşısının alınması, dini ayrı-seçkiliyin ləğv edilməsi üçün müxtəlif dövlətlər tərəfindən ideologiya kimi dəstəklənib. Con Lok, Volter və başqaları hesab edirdilər ki, ictimai asayişi qorumaq və sülhə nail olmaq üçün tolerantlıq ideyası geniş şəkildə təbliğ olunmalıdır. Bu baxımdan tolerantlıqla bağlı bir çox elmi əsərlər yazılıb və təriflər verilib. C.Lok hesab edirdi ki, tolerantlıq insanlığın ədəb qaydasıdır. O ədəb qaydası ki, başqalarının hüquq və azadlıqlarını pozmadan yaşaya bilməkdir.

Dözümlülük ideologiyasının təbliği və təşviqi 16-cı əsrdən başlasa da, beynəlxalq ictimaiyyət tərəfindən öz hüquqi qiymətini 19-cu əsrin sonlarında tapmağa başladı. Belə ki, 1894-cü ildə qəbul edilmiş Cenevrə Konvensiyası döyüşdə iştirak etmiş bütün əsgərlərə hörmət göstərilməsini tələb edirdi. Bu yanaşma sonralar müharibə zamanı əsir düşmüş insanlara qarşı münasibətdə də tətbiq edilməyə başladı.

Tolerantlığın yeni mərhələsi...

İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tolerantlığın təbliği və təşviqi ilə bağlı baxışlar yeni mərhələyə qədəm qoydu. BMT və onun müvafiq qurumları tolerantlığı öz fəaliyyət istiqamətlərinin əsas prinsipi kimi müəyyən edərək universal ideyalar irəli sürdü. Beləliklə, BMT Nizamnaməsinin dördüncü hissəsində tolerantlığın insanların həyat fəlsəfəsində və yaxşı qonşuluq münasibətlərinin qurulmasında vacib olduğu göstərilirdi.

Ekstremizmə və dözümsüzlüyə “YOX”

Həmrəyliyə nail olmaq, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti, anlaşmanı və dialoqu gücləndirmək məqsədilə 1995-ci ildə YUNESKO tərəfindən Bəyannamə qəbul edildi. Bu Bəyannaməyə əsasən hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Həmin tarixdən etibarən bütün dünya ölkələri irqçiliyə, ksenofobiyaya, zorakılığa, ekstremizmə və dözümsüzlüyə “YOX” deyir.

Bəşəriyyətin bu ideyalara ehtiyacı var...

Sosial İnkişaf İndeksinin araşdırmalarına görə, bu gün dözümsüzlük özünü miqrantlara, dini və etnik azlıqlara münasibətdə daha çox göstərir. Nəticədə sivil cəmiyyətlərdə nifrət zəminində çıxışlar, soyqırımı cinayətləri, dini və etnik zəmində münaqişə ocaqlarının arealı genişlənir. Etnik, din və dil müxtəlifliyini müəyyən coğrafiyada mədəni zənginliyə, cəmiyyətdə inklüzivliyə, ümumi rifaha nail olmaq üçün tolerantlıq anlayışı fərdlər, icmalar və dövlətlər tərəfindən mənimsənilməli, təşviq və təbliğ edilməlidir. 16-cı əsrdə olduğu kimi, müasir dövrdə də bəşəriyyətin bu ideyalara böyük ehtiyacı var.

Tolerantlığın Azərbaycan modeli...

Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir. Tarix boyu Azərbaycanda yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Respublikamızda formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir.

Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri