Biləcəridə bu saatlarda işıq olmayacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Bu gün Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
“Azərişıq” ASC-dən Globalinfo.az-a verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bu gün 184 saylı orta məktəbi qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.
Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının budanması həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi 50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:49
Bu xəbər 25 Avqust 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















