Biləcəridə yolun çökməsinə AYDINLIQ GƏTİRİLDİ VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolun çökməsi sürücülərin narahatlığına səbəb olub.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Görüntülərdə yolun müəyyən hissəsində çökmənin yarandığı və bunun nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaratdığı görünür.
Oxu.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələyə aydınlıq gətirilib.
Qeyd olunub ki, Biləcəri qəsəbəsində Y.Hüseynov və Natəvan küçələrinin kəsişməsində diametri 800 mm olan tullantı su kollektorunda ötən gün qəza baş verib.
"Əraziyə dərhal briqada cəlb edilib. İlkin təhlükəsizlik tədbirləri görülərək ərazi çəpərlənib və müvafiq yol nişanları qoyulub. Xətdə baş verən qəzanın aradan qaldırılması üçün aidiyyəti üzrə işlərə başlanılıb. Hazırda da borunun qəzalı hissəsinin dəyişdirilməsi işləri davam etdirilir", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Sentyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















