Icma.az
close
up
RU
Biləsuvarda 30 yaşlı kişi yeni ailə qurduğu arvadını döydü

Biləsuvarda 30 yaşlı kişi yeni ailə qurduğu arvadını döydü

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 29-da Biləsuvar rayonunun kəndlərindən birində baş verib. 
Rayon sakini, 1985-ci il təvəllüdlü Ruslan həmin gün saat 14 radələrində yaşadıqları evdə arvadı Səidə (adlar şərtidir – red.) ilə aralarında yaranmış ailə mübahisəsi zamanı sonuncunun onun ünvanına nalayiq sözlər  deməsini əsas gətirərək ssifət və baş nahiyəsindən iki dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səidə onun arvadıdır, münasibətləri normal olub, aralarında hər hansı bir ədavət və problemi olmayıb: “2023-cü ildə Səidə ilə qeyri-rəsmi ailə həyatı qurmuşam. Bu ilin yanvarın 29-da günorta vaxtlarında yaşadığımız ünvanda olarkən telefonla danışdığım üçün arvadım mənimlə mübahisə edərək niyə qızım ilə danışmağımı bildirdi. Mən də arvadıma aliment üçün danışdığımı dedim. Arvadım qızım barəsində əxlaqsız söyüşlər söydüyü üçün onunla  mübahisə etdim, niyə söyüş söyməsini dedim. Aramızda yaranan mübahisə zamanı arvadımın bir neçə dəfə sifət, baş və bədəninin müxtəlif  nahiyələrindən vuraraq onu döydüm. Əməlimdən peşman olmuşam”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, 2023-cü ildə Ruslanla ailə həyatı  qurublar, lakin övladları olmayıb: “Ərim Ruslan ilə aramızda dəfələrlə mübahisə yarandı və narazılığımız baş verdi. Yanvarın 29-da, saat 13 radələrində yaşadığımız evdə olan zaman ərim Ruslanın birinci arvadı ilə telefonda  danışmasına görə əsəbiləşdim, ona öz iradımı bildirdim. Həmin vaxt ərim ilə aramızda narazılığımız və münaqişələrimiz yarandı. Ruslan aramızda yaranan mübahisə zamanı üzərimə gələrək məni bir neçə dəfə baş və bədənimin qol, ayaq və sinə nahiyələrimdən yumruq zərbəsi ilə vuraraq döydü”. 
Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: “Hazırda ərimlə barışmışam. Ona qarşı heç  bir şikayət və tələbim yoxdur”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ruslanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri