Icma.az
close
up
RU
Biləsuvarda ŞOK: quzusu xəstələnən kişi arvadını döydü

Biləsuvarda ŞOK: quzusu xəstələnən kişi arvadını döydü

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Biləsuvarda arvadını döyən kişiyə cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, hadisə Xırmandalı kəndində baş verib.

İki uşaq atası olan və fəhlə işləyən 34 yaşlı İsrafil Dadaşov (ad və soyad şərtidir) axşam dostları ilə yeyib içəndən sonra evə gəlib. Evdə saxladığı quzulardan birinin xəstə olduğunu görərək, arvadını günahkar bilib. O, arvadına illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını irad bildirib. Bu zaman ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı İsrafil qadının başına 3-4 dəfə yumruqla, ayaqlarına isə təpiklə zərbələr vurub. Sonra isə o, gedib yatıb. Nəticədə qadın xəsarətlər alıb.

Bu faktla bağlı İsrafil Dadaşov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. O, arvadı ilə barışdığını və qadının ona qarşı şikayəti olmadığını, həmçinin hazırda bir yerdə yaşadıqlarını bildirib. Zərərçəkən şəxs də həmçinin ərini bağışladığını və ona cəza verilməməsini xahiş edib.

Biləsuvar rayon Məhkəməsinin qərarı ilə İsrafil Dadaşov barəsində 360 saatlıq ictimai işlər növündə cəza təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri