Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Biləsuvarda 43 yaşlı qadın küçədə ərinin sevgilisinə xəsarət yetirdi

Biləsuvarda 43 yaşlı qadın küçədə ərinin sevgilisinə xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda qadınlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 19-da Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində baş verib. 
Biləsuvar şəhər sakini, 1982-ci il təvəllüdlü Ləman həmin küçədə mərkəzi bazarın qarşısında yerləşən “Nur” ərzaq mağazasının qarşısındakı  küçədə Lətafətlə mübahisə edib. Mübahisə zamanı Lətafəti (adlar şərtidir red.) vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Ləmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ləman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, işdə adı keçən Famil onun əridir, onlar 26 ildir ki, evlidirlər, birgə nikahlarından 2 övladı var: “Famil ilə ailədaxili münasibətlərimiz normal olub, aramızda hər hansı bir ədavətimiz və problemimiz olmayıb. Ərim Familin rayon ərazisində Lətafət adlı qadın ilə qeyri-rəsmi münasibətdə olması səbəbi ilə bizim ailəmizdə tez-tez mübahisə və dava dalaşlarımız  olub. Mən ərim Familin Lətafət ilə münasibətinin olmasını təxminən 1 il bundan əvvəl bilmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ötən ilin oktyabrın 19-da, səhər vaxtlarında yaşadıqları evdə olan zaman əri Familin istifadəsində olan mobil nömrəyə Lətafət adlı qadının zəng vurmasını görüb: “Zəngə cavab verən zaman Lətafət məni söyüb təhqir etdi. Cavab olaraq mən də Lətafəti mobil telefonda söyüb təhqir etdim. Daha sonra həmin gün saat 12 radələrində ərim Famil ilə birlikdə “Nur” ərzaq mağazasından çıxaraq evə gedən zaman həmin Lətafət adlı qadını gördüm. Həmin şəxsə yaxınlaşaraq onu niyə söyməsini soruşaraq, saç nahiyəsindən tutdum, əlim ilə itələdim və Lətafəti yerə yıxıldım. Hadisə baş verən zaman mənim yanımda ərim Famil olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətafətin sözlərinə görə, oktyabrın 19-da, saat 12 radələrində rəfiqəsi Səbinə adlı qadın ilə birlikdə “Nur” marketin qarşısında olan bankomata pul çıxarmağa gedən zaman orada Ləman ona yaxınlaşıb, heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə söyərək təhqir edib: “Ləman üzərimə gələrək saçımdan tutaraq yerə yıxdı. Hadisəni ətrafda olan bir neçə şəxs gördü”. 
Lətafət qeyd edib ki, təqsirləndirilən Ləmanın verdiyi ifadə ilə razı olmayıb. O, ifadəsində təqsirləndirilən şəxsin əri Famil ilə sevgi münasibəti olması barədə verdiyi ifadəsi həqiqətə uyğun deyil: “Mən Famili kənd sakini kimi tanımışam. Onunla aramızda heç bir şəxsi xarakterli münasibət olmayıb”.
İş üzrə şahid qismində ifadə verən Famil də hadisə barədə danışıb. O, ifadəsində zərərçəkmiş Lətifə ilə arasında şəxsi bir münasibəti olmadığını deyib. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ləmanın əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Bu səbəbdən Ləmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see330

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see194

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see166

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri