Icma.az
close
up
RU
Biləsuvarda ailə dramı: Arvad evdən qaçdı TƏFƏRRÜAT

Biləsuvarda ailə dramı: Arvad evdən qaçdı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Biləsuvar rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 23-də rayonun  mərkəzində, H. Əliyev küçəsində baş verib. 
1991-ci il təvəllüdlü Ayaz həmin gün saat 21:00-da birgə yaşadıqları fərdi yaşayış evində arvadı Süsən (adlar şərtidir – red.) ailə-məişət münasibətləri zəminində mübahisə edib. 
Bu zaman Ayaz arvadının sifət və bədəninin müxtəlif nahiyələrinə şillə, yumruqla bir neçə dəfə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Biləsuvar rayonunun kəndində qeydiyyatda olsa da, 3 ildir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən mənzilində yaşayır, evlidir və himayəsində 2 uşağı var: 
“Mən dövlət qurumlarından birində operator vəzifəsində çalışıram. Zərərçəkmiş Süsən mənim arvadımdır. Biz artıq 10 ildir ki, evliyik. Aramızda münasibətlər yaxşı olsa da, bəzən məişət zəminində mübahisələr yaranır. Sonuncu dəfə arvadımla aramızda münaqişə, qonaq getdiyim valideynlərimin evindən mənə xəbər vermədən geri qayıtmasına görə yaranıb. Bu zəmində iyulun 23-də, saat 21 radələrində evə gəldiyim vaxt Süsənlə mübahisə etdim. Əsəbləşərək onun sifət və bədənin müxtəlif nahiyələrinə yumruq, şillə zərbələri yetirmişəm. Həmçinin onun qolunu da burmuşam. Sonradan etdiyim əməldən peşman olmuşam. Lakin Süsən məni bağışlamadı, Biləsuvar Rayon Polis Şöbəsinə barəmdə şikayət etdi”. 
İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, ali təhsillidir və orta məktəbdə fənn müəllimi işləyir: 
“Mən Ayazla 2015-ci ildə nikaha daxil olmuşam. Birgə nikahımızdan 2 uşağım anadan olub. Biz təxminən 7 il Ayazla onun valideynlərinin evində yaşasaq da, təxminən 3 il bundan əvvəl Biləsuvar şəhərində mənzili alqı-satqı yolu ilə əldə edərək, həmin mənzilə köçdük. Həmin mənzilin dəyərini ödəmək üçün biz kommersiya banklarından kredit götürdük. Hazırda həmin kreditə görə ödənilməmiş 24.000 manat borcumuz qalıb. Həmin borcu ödəmək üçün iki iş yerində işləyirəm. Hər həftə orta məktəblərdə təxminən 30 saat dərs keçirəm. Bundan başqa, bizim tanışlarımıza da borclarımız var. Buna görə də aqrar islahatlar zamanı mənə verilmiş 0,75 hektar ölçüdə pay torpağının satılmasını və borcun ödənilməsini Ayaza təklif etdiyimə görə aramızda bir müddətdir ki, münaqişələr baş verir. Mənimlə Ayazın arasında əvvəllər də tez-tez məişət zəminində münaqişələr baş verib”. 
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə 2019-cu ildə onun ərizəsi əsasında Ayaz cinayət məsuliyyətin cəlb edilsə də, barışdıqlarına görə həmin işə xitam verilib: 
“23 iyul 2025-ci ildə, saat 21 radələrində oğlum İlqar ilə birlikdə evdə olduğum vaxt ərim qapını döydü. Qapını açmazdan əvvəl həmin şəxsdən digər oğlum Namili valideynlərinə məxsus evdən gətib-gətirmədiyini soruşdum. Həmin vaxt Ayaz ünvanıma nalayiq sözlər işlətdi, oğlumu evə gətirməyəcəyini dedi. Ərimin evə daxil olduqdan sonra mənə xəsarət yetirəcəyini düşündüyüm üçün əvvəlcə qapını açmaq istəmədim. Lakin Ayaz məni aldatdı, mənə heç bir xəsarət yetirməyəcəyinə söz verdiyi üçün qapını açdım. 
O, içəri daxil olduqdan sonra üzərimə hücum etdi, boynumun arxa nahiyəsindən yumruq zərbəsi endirdi. Mən zərbənin təsirindən özümü itirdim. Həmin vaxt Ayaz bir əli ilə qolumdan tutdu, digər əli ilə isə mənə dəfələrlə yumruq, şillə zərbələri endirdi. Qollarımı sıxıb-tutaraq burdu, sol əlimin axırıncı barmağımın dırnaq hissəsi qırıldı. 
Mən ağrının təsirindən qışqırmağa başladığım üçün ərim məni buraxdıı. Bundan sonra isə oğlumu da özüm ilə götürərək, yaşadığım evi tərk etdi. Bundan sonra Biləsuvar rayon mərkəzi xəstəxanasına getdim. Xəstəxananın təcili-tibbi yardım şöbəsində olduğum vaxt polis əməkdaşlara məndən izahatını aldı. Ayazın məni döyməsi barədə həmin şəxslərə məlumat verdim”. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaza 360 saat ictimai işlər növündə cəza təyin edilib. 
Fariz Məlikli
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri