Icma.az
close
up
RU
Biləsuvarda sosial şəbəkə mübahisəsi ailə faciəsinə səbəb oldu TƏFƏRRÜAT

Biləsuvarda sosial şəbəkə mübahisəsi ailə faciəsinə səbəb oldu TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Biləsuvar rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən  birində baş verib. 
1992-ci il təvəllüdlü Rahib qeyri- rəsmi münasibətdə olduğu Zoya ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. 
Mübahisəyə səbəb Zoyanın ondan icazə almadan “Tik-Tok”sosial şəbəkəsində qeydiyyatdan keçərək orada paylaşımlar etməsi və ona başqa qadınlarla münasibət saxlamasına görə irad bildirməsi səbəbindən yaranıb. Aralarında yaranmış mübahisə zamanı o, zərərçəkmiş şəxsi vurmaqla ona xəsarət yetirib. 
Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Zoya ilə 8 ildir qeyri-rəsmi nigahda olaraq birgə yaşayır: 
“Bir neçə vaxtdır ki, aramızda münasibətlər pisləşdi. Mən “Tik-Tok”sosial şəbəkəsində videolara baxarkən təsadüfən onun da orada qeydiyyatdan keçməsini və videolar paylaşmasını gördüm. Bundan sonra ona zəng vurdum və nə səbəbə icazə almadan “Tik-Tok”da qeydiyyatdan keçməsini soruşdum. O da mənə qeydiyyatdan keçməyimi bildirdi. Bundan sonra onun yaşadığı evə getdim və aramızda sözlə mübahisə oldu. Lakin mən oradan getdim, həmin gün ona qarşı hər hansı hüquqazidd hərəkətlər etməmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü yaşadıqları evdə olarkən Zoya onunla “Tik-Tok”da qeydiyyatdan keçməsi ilə bağlı danışıb: 
“Daha sonra bunu bəhanə edərək barəmdə böhtanlar ataraq, mənim başqa qadınlarla münasibətimin olmasını dedi. Bundan sonra  onun dediklərinə əsəbləşdim və vurmaq üçün zərərçəkmiş şəxsin üzərinə hücum çəkdim. Bu zaman zərərçəkmiş şəxs da əlinə bıçaq götürdü və mənə müqavimət göstərdi. Mən də həmin ev bıçağını onun əlindən aldım. 
Bundan sonra  çaydanı da götürdüm və içindəki çayı onun sifət nahiyəsinə atdım. Lakin isti olmadığı üçün onu yandırmadı. Mübahisə zamanı onun kürək nahiyəsinə iki yumruq zərbəsi vurmuşam. Lakin bundan sonra zərbənin təsiri nəticəsində bədəninin hansısa nahiyəsində hansı formada xəsarətlər əmələ gəlməsini dəqiq bilməmişəm. Mübahisə zamanı Zoyanın anası ikimizin arasına girdi və bizi ayırdı. Mən digər otağa keçdikdən sonra onlar da ir yerdə anasıgilə getdilər”.
İş üzrə zərərçəkmiş Zoyanın sözlərinə görə, qeyri-münasibətdə olduğu Rahiblə münasibətdə olduğu  müddət ərzində onunla mütəmadi olaraq mübahisələr edib: 
“Hadisə günü yaşadığımız evdə olarkən Rahib evə daxil oldu. Mənə “Tik-Tok” sosial şəbəkəsi işlətməyimi, qeyri-əxlaqi həyat tərzi sürdüyümü dedi. Bundan sonra mənim, həmçinin qohumlarımın barəsində nalayiq ifadələr işlətdi. Mən də O, da ona düzgün danışmamasını deyərək irad bildirdim. Rahib üzərinə hücum edərək üz nahiyəmə bir neçə yumruq zərbəsi endirdi. Mən üzümü zərbədən qorumaq üçün çevrilərkən bel nahiyəmə də iki yumruq zərbəsi endirdi. Bu zaman anam aramıza girdi və məni Rahibin əlindən aldı”. 
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində  aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri