Icma.az
close
up
RU
Biləsuvarda ilk dəfə olaraq pambıq sahələrinin becərilməsində dronlardan istifadəyə başlanılıb FOTO

Biləsuvarda ilk dəfə olaraq pambıq sahələrinin becərilməsində dronlardan istifadəyə başlanılıb FOTO

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Biləsuvar, 10 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Yeni texnologiyaların inkişafı artıq bir sıra sahələrdə ənənəvi texnikaların istifadəsini minimuma endirir. Biləsuvarda ilk dəfə olaraq pambıq sahələrinin becərilməsində təsərrüfat dronlarından istifadəyə başlanılıb. Bu, həm xərcləri azaltmaqla sahəyə ağır texnikalar tərəfindən vurulan ziyanın qarşısını alır, həm də işin daha sürətli və dəqiq icrasına imkan verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Biləsuvar rayonunda pambıqçılıqda innovativ yanaşma tətbiq olunur. Fermerlər sahələrdə pambıq becərilməsi üçün ənənəvi üsullardan deyil, müasir dron texnologiyasından istifadə edirlər. Dronlarla dərmanlama həm daha sürətli, həm də daha səmərəli nəticə verir. Bu üsul vasitəsilə dərmanlama zamanı kimyəvi maddələr torpağa bərabər paylanır, insan əməyinə olan ehtiyac isə xeyli azalır.

“Yaşıl ada” aqroparkının icraçı direktoru Cahangir Səfərov deyir ki, əvvəlki illərdə texnikalarla becərmə işləri aparılarkən həm xərclər çox olurdu, həm də pambıq kolları texnikanın təkərləri altında qalaraq hektara 2 sentnerədək məhsul itkisinə səbəb olurdu. Dron texnologiyaları isə bu xərcləri tamamilə aradan qaldırıb.

“Biləsuvarda bu il pambıqçılıq mövsümünə xüsusi yanaşma ilə başladıq. Əvvəllər pambığın əkini vaxtı yağışlı havalarda sahələrdə su yığılırdı, torpaq palçıqlı olurdu, texnikalar isə bu şəraitdə sahələrə girə bilmirdi. Bu, həm dərmanlama, həm də aqrotexniki tədbirlərin vaxtında aparılmasına ciddi maneə yaradırdı. Lakin bu il biz problemi demək olar ki, tam aradan qaldırdıq. Səbəb isə müasir dron texnologiyasından istifadə etməyimizdir. Dronlar vasitəsilə sahələrə dərmanlama daha tez, dəqiq və bərabər şəkildə aparılır. Artıq texnikanın palçığa batması, ya da sahəyə girməməsi kimi hallar yoxdur. Bundan başqa, dronlardan istifadə həm yanacaq sərfiyyatını azaldır, həm də insan əməyinə olan ehtiyacı minimuma endirir. Ən vacibi isə dərmanlama zamanı pambıq sahələrinin bütün hissələrinə eyni miqdarda dərman düşür, bu da zərərvericilərin qarşısının daha effektiv alınmasına şərait yaradır. Bu texnologiyanın tətbiqi sayəsində biz həm vaxt qazanır, həm də məhsuldarlığı artırırıq. Builki nəticələr göstərir ki, Biləsuvarda pambıqçılıq müasir texnologiyalar sayəsində yeni mərhələyə qədəm qoyub” , - deyə aqroparkın icraçı direktoru bildirir.

Sahələrin koordinatları, uçuş hündürlüyü, hətta pestisidlərin çiləmə sürəti öncədən dronun yaddaşına yazılır. Operator sadəcə dronu havaya qaldırmaqla prosesi avtomatik rejimdə həyata keçirir. 40 litrə qədər maye daşımaq gücünə malik bu dronlar dərmanlama zamanı mayenin bitdiyi nöqtəni yadda saxlayır və yenidən doldurulduqdan sonra işi qaldığı yerdən davam etdirir.

“Hər hansı təhlükə olarsa, məsələn ağaclıq və ya elektrik naqilləri olan əraziyə yaxınlaşanda videoqeydiyyat aparırıq ki, problem yaranarsa səbəbi müəyyən etmək mümkün olsun. Həmçinin bitki çıxmayan boşluqları qeydə alırıq və baş aqronoma təqdim edirik. Bu da sahənin sentner və hektar ölçüsünü daha dəqiq müəyyənləşdirməyə kömək edir” , - deyə dron operatoru Rəşid İmanzadə bildirir.

Hazırda hər bir dron gün ərzində 50 hektara yaxın sahədə becərmə işi icra etmək gücündədir. Qeyd edək ki, bu dronlardan sahələrin gübrələnməsi prosesində də istifadə oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri