Biləsuvarda motosiklet aşdı Qonşular xəsarət aldı KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Bayramov Elnur Mehman oğlunun motosikleti idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir Tapdıq oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması və çoxsaylı qabırğa sınıqları alan S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Qeyd edək ki, xəsarət alan şəxslər rayonun Aranlı kənd sakinləridir və qonşudurlar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Mart 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















