Biləsuvarda “Nissan” aşdı: Sürücü xəsarət aldı
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Biləsuvarda “Nissan Sunny” markalı avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Cəbrayılın Horovlu kənd sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi minik avtomobili qəfil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal rayon xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini yüngül qiymətləndirirlər.
Xoşbəxtlikdən, hadisə zamanı avtomobildə olan sürücünün gəlini və üç azyaşlı nəvəsi ciddi deformasiyaya uğrayan maşından xəsarət almadan qurtula biliblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Mart 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















