Icma.az
close
up
RU
Biləsuvarlı pambıqçılar 2024cü ili yüksək nəticə ilə başa vurublar AZƏRTAC

Biləsuvarlı pambıqçılar 2024cü ili yüksək nəticə ilə başa vurublar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Biləsuvar, 15 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

Ötən mövsüm əlverişsiz hava şəraiti səbəbilə Biləsuvarda pambıq yığımı xeyli geciksə də, tarlalardan rayon tarixində ən yüksək məhsuldarlıq əldə edilib. Belə ki, bugünədək tarlalardan 24 min 400 tona yaxın “ağ qızıl” toplanaraq emal müəssisələrə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, 2024-cü ili uğurla başa vuran biləsuvarlı pambıqçılar 7 min hektardan çox sahədə yetişdirilən yüksək keyfiyyətli pambıq məhsulunu son qozasınadək toplayaraq emal müsəssisələrinə təhvil veriblər.

Ötən illərlə müqayisədə əkin hektarlarında azalma müşahidə olunsa da, müəssisələrin istehsalçılar arasında yaratdığı sağlam rəqabət mühiti yüksək məhsul istehsalına zəmin yaradıb. Toplanan məhsulun orta göstəricisi 34 sentnerdən artıq olmasına baxmayaraq, fərdi təsərrüfatlarda 50, hətta 60 sentner məhsuldarlıq əldə edən fermerlər var. Hər hektardan 50 sentnerdən çox məhsul toplayan fermerlərin sayı ilbəil artmaqdadır. Builki məhsuldarlıq da ürəkaçandır.

“Gübrəsini vermişəm, qulluq etmişəm, 62 sentner məhsul götürmüşəm. Məhsuldarlıq qulluq etməkdən asılıdır. Pambıq sahəsini gəzmək lazımdır. Qurda qarşı dərmanını vaxtı-vaxtında vermək lazımdır. Düşünürəm ki, gələcəkdə su problemi olmasa Biləsuvarda 30-40 hektar sahədə pambıq əkim. İnşallah məhsuldarlıq 60-70 sentneri keçər”, - deyə fermer Ramil Mirzəyev vurğulayıb.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) verilən məlumata görə, 2023-cü il ilə müqayisədə 2024-cü ildə 7 sentner çox olmaqla 24 min 333 ton və yaxud 35,18 sentner pambıq məhsulu toplanılıb. Pambığın hər kiloqramına görə 19 qəpik subsidiya ödənilir. Birinci növ pambığın alıcılığı hər tona görə 800 manat, ikinci növ 780 manat, üçüncü növ 740 manat, dördüncü növ isə 700 manata hesablanır.

“Sevindirici haldır ki, havaların əlverişsiz olmasına baxmayaraq, pambıq yığımı Biləsuvarda uğurla başa çatdırılıb. İkinci sevindirici hal odur ki, yığılan pambığın 92,6 faizi maşınla yığılıb və 1-ci növ kimi qəbul edilib. Bu da keçən illə müqayisədə 4 faiz çoxdur”, - deyə Biləsuvar DAİM-in əməkdaşı Gülağa Qurbanov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri