Icma.az
close
up
RU
Mədəniyyətimizin 2024cü ili

Mədəniyyətimizin 2024cü ili

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müstəqil Azərbaycanın mədəniyyət və incəsənəti uzun illərdir intibah dövrünü yaşayır desək yanılmarıq. Torpaqlarımızın işğaldan azad olunması ilə bu ərazilərdə mədəniyyətin, incəsənətin, ədəbiyyatın yenidən canlanması ölkəmizə tarixi və mədəni sahədə uğurlar qazandırmaqla yanaşı beynəlxalq nüfuzunun da artmasına da gətirib çıxardı... 

Ölkəmiz 2024-cü ildə bir sıra mötəbər mədəniyyət tədbirlərinə ev sahibliyi etməklə tarixin yaddaşına yazıldı. Şuşanın  2023-cü il senytabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilin ilk ən mühüm tarixi mədəniyyət hadisəsi oldu..

Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanvarın 19-da müvafiq qərar imzalayıb. Qərara əsasən, "Şuşa- İslam dünyasının mədəniyyət paytaxtı- 2024” tədbirinin rəsmi açılışının may ayında keçirilməsi planlaşdırıldı. Mayın 11-də Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi festivalı və “Şuşa-İslam dünyasının Mədəniyyət paytaxtı 2024”ün açılış mərasimi baş tutdu. Böyük təntənə ilə qeyd olunan festivalda iştirakçılar arasında İSESCO-ya üzv olan dövlətlər də var idi.

Bununla yanaşı il ərzində İslam dünyasının mədəniyyət forumu keçirildi və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı təşkilatının mədəni irsin mühafizəsinə həsr olunan beynəlxalq konfrans, İslam dünyasının itirilməkdə olan qeyri maddi mədəni irs nümunələri mövzusunda dəyirmi masa və sərgilər keçirildi, təqdimatlar baş tutdu.

1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi günündə də “Şuşa Türk Dövlətləri Birliyinin mədəniyyət incisidir” adlı 250-yə yaxın yaradıcı uşaqların iştirak etdiyi festival keçirildi. Türkdilli dövlətlərin uşaqları arasında dostluq münasibətlərini möhkəmləndirmək, onlara öz mədəni irslərini nümayiş etdirmək imkanı yaratmaq və Şuşanın füsunkar təbiətini, mədəni əhəmiyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq məqsədi ilə təşkil olunan festivalda 6 türkdilli ölkə iştirak etdi.

Bu il ölkəmizdə həmçinin 3 gün davam edən Şəki-İpək yolu XIII Beynəlxalq musiqi festivalı da təşkil edildi. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi bayramı Azərbaycanın musiqi kollektivlərini, istedadlı musiqiçilərini bir araya gətirməklə ölkəmizin mədəniyyət tarixinin zənginliyini bir daha sübut etdi..

İl ərzində yadda qalan mədəniyyət hadisələrindən biri də Şuşada dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyinin açılışıdır. 136 eksponatın qorunub saxlandığı mədəniyyət ocağının yenidən bərpa olunaraq istifadəyə verilməsi 30 ildən sonra azad Qrabağda mədəni dirçəlişin, oyanışın və itibahın simvolu oldu. 

Bütün bu mədəniyyət hadisələrinin zənginliyi bir daha onu sübut edir ki, Azərbaycan dünya arenasında öz tarixi və mədəniyyəti ilə geniş şəkildə tanınır. Elə bunun bariz nümunələrindən biri də imzalanan qərarlara əsasən 16 may tarixində Azərbaycan Gənc Tamaşaçılar və Gəncə Dövlət dram teatrına “Milli”,  22 oktyabr tarixli qərara əsasən Muğam mərkəzinə “Beynəlxalq” statusunun verilməsidir. 

Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması və mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsindəki mühüm nailiyyətlərdən biri də iyun ayında Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət Günləridir. İki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi məqsədi daşıyan tədbir çərçivəsində “Özbəkistan” Forumlar sarayında Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı da baş tutdu.

Sentyabr ayında Qazaxıstanda Azərbaycan mədəniyyət günlərinin təşkili, bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazıçı və media nümayəndələrinin Astanaya səfəri də ilin uğurlu mədəniyyət hadisələrindəndir. Tədbir çərçivəsində Senytabrın 24-ü “Füzuli-530” kitabının təqdimatı və etnocaz konserti, növbəti gün isə Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair memorandumun imalanması, musiqi gecələrinin, kitab sərgilərinin keçirilməsi ölkəmizin həm dünya səviyyəsində nüfuzunun artmasına, həm də beynəlxaq arenada uğurla tanıdılmasına bir daha zəmin yaratdı.

Fidan Eldarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri