Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam... Xalq artisti Bundan sonra özüm üçün yaşayacağam deyir
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Kefim yaxşı olanda yaxşı görünürəm. Həyatımdan neqativ insanları çıxardanda yaxşı oluram. Fikirləşirəm ki, heç kəsə dözməli deyiləm. Qanımdan olsa belə dözməyəcəyəm. Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam bir-iki gün ağalyacaqlar. Sonra hərə öz kefində olacaq".
Mia.az Axsam.az-a istinadlaxəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə canlı yayımda olarkən deyib. Aktrisa həyatından, onu incidən insanlardan danışıb. O bildirib ki, artıq ona səhv edən adamları bağışlamır: "İndiyənə kimi nə etmişəm halal xoşları olsun. Bundan sonra özüm üçün yaşayacağam. Baxmayaraq ki, zəngin deyiləm, hər zaman hamıya kömək etmişəm. Milyonlarım yoxdur. Amma indi düşünürəm ki, hər kəs bu dünyada özü üçündür. Başqalarına da yardım göstərin. Kim sizə əl açırsa yardım edin, amma özünüzü öldürməyin. Ömür qısadır, bizim də haqqımız var. Sizə qarşı nankorluq edənləri həyatınızdan çıxardın. Gözləməyin ki, düzələcək. Bunların hamısından keçdim. Gördüm ki, həyatda hər şey yalandır. Nə qədər ürək verirsən, o qədər qədrini bilməyəcəklər. Bəziləri elə düşünür ki, onlara borclusan".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















