“Binance”da 6,3 milyardlıq rekord oğurluq
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance” platformasından 6,3 milyard dollar dəyərində aktivin oğurlanmasından sonra ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Məxfi Xidmət də daxil olmaqla, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
FTB insidentdən xəbərdar olduğunu və hadisənin miqyasını müəyyənləşdirmək, mümkün təsirləri qiymətləndirmək, eləcə də istintaq tədbirlərini əlaqələndirmək üçün dövlət və özəl tərəfdaşlarla əməkdaşlıq etdiyini bildirib.
Məlumata görə, hakerlər “Binance”in kriptovalyuta pul kisələrindən milyardlarla dollar vəsait çıxarıblar. Şirkət ilkin hesablamalara əsasən, zərərin 6,3 milyard dollar olduğunu açıqlayıb.
Hücum edən şəxsin sistemə mühəndislərdən birinin noutbukunu ələ keçirməklə daxil olduğu ehtimal edilir. Oğurlanan aktivlərin təxminən 3 milyard dollarlıq hissəsini dondurmaq mümkün olub.
“Binance” vəsaitlərin yatırılması və çıxarılmasını müvəqqəti dayandırıb. Şirkət bütün zərəri SAFU fondu və öz vəsaiti hesabına ödəyəcəyini vəd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 Oktyabr 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















