Binəli Yıldırım Türkiyə Azərbaycan qardaşlığından danışdı
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Son günlərdə Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sosial medialarda bəzi xəbərlərə rast gəlirik. Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Köklərimiz birdir, dövlətlərimiz ayrıdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Ərzincan Binali Yıldırım Universitetində tədris ilinin açılış tədbirində deyib.
“Türkiyənin suverenlik haqları Türkiyəyə aiddir, Azərbaycanın da haqları Azərbaycana aiddir. Suverenlik haqlarına nə bizim, nə də Azərbaycanın müdaxilə etmək kimi bir mövqeyi yoxdur. Münasibətlərimizi pozmağa çalışanlar heç də həvəslənməsinlər. Bir qrup hadisələrlə keçmişdən gələn Azərbaycan-Türkiyə münasibətlərini pozmağa heç kimin gücü yetməz. Biz qardaşıq. Biz sevincdə də, kədərdə də bərabərik. Anadoluda, Qafqazda və Türküstanda keçmişdə necə böyük işlər gördüksə, bundan sonra da eynilərini görməyə davam edəcəyik”, – B.Yıldırım qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















