Icma.az
close
up
RU
Binəqədidə “Dövlət Suverenliyi Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirildi FOTOLAR

Binəqədidə “Dövlət Suverenliyi Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirildi FOTOLAR

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr- "Dövlət Suverenliyi Günü”nə həsr olunmuş "Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirildi. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri,  bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin,  ictimai birliklərin nümayəndələri, gənclər iştirak edirdilər. 

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli  Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün  təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səsləndi.  

20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş konsert proqramının bədii hissəsində  Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədova,  müğənni Mərdan Kazımov, Samirə Əliməryəm və Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar, biri-birindən gözəl musiqilər səsləndi,  Azərbaycan Respublikasının xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi "Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.  

Sonda xatirə şəkli çəkildi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri