Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

 17 sentyabr 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş "Suveren Azərbaycan-milli qürurumuz və dövlətçilik irsimiz” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Elşad Musayev, Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti, qazilər və hərbçilər, Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarələrin,  ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları ümummillilider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr-Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səslənib.  

20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında hərbi marş, Azərbaycan Respublikasının xalq artistləri Nəzakət Teymurovanın, Mübariz Tağıyevin, Azərbaycan Respublikasının əməkdar artisti Ədalət Şükürovun,  müğənnilər Murad Arifin, Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar səsləndi, "Gənclik” rəqs ansamblının gözəl rəqs nümunələri nümayiş olunub.  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri