Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Binokl diplomatiyası” qəbuledilməzdir

“Binokl diplomatiyası” qəbuledilməzdir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Dövlətimizin son bir neçə ildə əldə etdiyi uğurlarının arxasında gərgin iş, ağıllı siyasi gedişlər, güclü ordu formalaşdırmaq və sair dayanmaqdadır ki, bu da özünü 44 günlük Şanlı Vətən müharibəsi zamanı isbat etdi.
Hər zaman dövlətimizə ikili standartlarla yanaşan dövlətlər və təşkilatlar qələbəmiz qarşısında aciz qalmaqla yanaşı, eyni zamanda bu qələbəni həzm edə bilmir, eynən bu siyasətlərini davam etdirmək əzmindədirlər.
Artıq Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar. Əgər Azərbaycan bu qurumun ümidinə qalsaydı hələ də torpaqlarımız işğal altında idi, bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər.
ATƏT-in Minsk qrupu davamlı olaraq Azərbaycana müharibənin hərbi yolla həllinin olmadığını vurğulayırdı. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli istiqamətində də heç bir ciddi addım atılmırdı. Ermənistan davamlı olaraq bu danışıqları pozur və onun davranışına heç bir reaksiya verilmirdi.
Ötən dövrdə ATƏT-in Minsk qrupu keçmiş münaqişənin həlli istiqamətində heç bir addım atmadı. Daha çox Azərbaycanı təslimçiliyə hazırlamağa çalışdı. Bu, həmin dövrdə də açıq-aydın görünürdü. Azərbaycan 30 il vaxt itirdi. Bu zaman ərzində heç bir irəliləyiş əldə olunmadı.
Bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdlərinə gəldikdə isə bu ayıb və utancvericidir. İndi bu qurumun “dirildilməsi” üçün ciddi cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmırdı?
Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini gördük.
Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir. Keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər heç olmasa bölgəyə sülhün gəlməsinə mane olmasınlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və həmin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatı oldu.
Prezident İlham Əliyevin çıxışı təkcə Zəngilan sakinlərinə deyil, bütövlükdə Azərbaycan və beynəlxalq ictimaiyyətə ünvanlanmış çox ciddi siyasi mesajlarla zəngin idi.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bölgədə sülh istəyən tərəf olduğunu bir daha nümayiş etdirdi:
“Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. “Binokl diplomatiyası” qəbuledilməzdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq”.
Ceyhun Məmmədov, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri