Icma.az
close
up
RU
“Binokl diplomatiyası” başa çatır...

“Binokl diplomatiyası” başa çatır...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan qətiyyət göstərir, Ermənistan isə hər zaman olduğu kimi boyun əyir

Cənubi Qafqazda sülhün formalaşmasına mane olan faktorlardan birinə çevrilmiş Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyət müddəti başa çatmaqdadır. 2023-cü ilin əvvəlindən etibarən “mülki monitorinq missiyası” adı altında Ermənistana yerləşdirilən bu qrupun missiyası bəllidir - Avropa İttifaqı, xüsusilə Fransa məhz bu yolla Ermənistana yerləşmək, oradan isə bölgəyə nüfuz etməyə çalışır. Amma bu, mümkün olmur. Belə ki, Azərbaycanın qətiyyətli davranışı “mülki monitorinq” adı altında gizlənən qrupun əsl simasını üzə çıxarır. Heç bir effektivliyi olmayan “binokl diplomatiyası” isə sadəcə lokal maraqların təcəssümüdür - hətta Ermənistana belə faydası olmayan missiya bəzən daxili stabilliyi pozmaq, bəzən şərti sərhəddə gərginlik yaratmaq, bəzən isə qeyri-adekvat “mesajlar” üçün istifadə olunur. Məsələn, bir müddət öncə Polşa prezidentinin şərti sərhədə gələrək Azərbaycana tərəf boylanması kimi...

Qəti və birmənalı mövqe...

Bəli, artıq missiyanın fəaliyyət müddəti başa çatmaqdadır. Fevral ayında missiya özünün xidməti dövrünü yekunlaşdırmalıdır. Görünən isə budur ki, Aİ bu qrupun fəaliyyətini hələ bir az da davam etdirmək niyyətindədir. Azərbaycanın məsələdəki mövqeyi birmənalıdır - sülh sənədinin razılaşdırılmamış bəndlərindən biri məhz başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Prezident İlham Əliyev vurğulamışdı ki, sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı: “Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər”.

Prezident İlham Əliyev Azərbaycanın mövqeyini Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşdə də önə çəkdi - bildirildi ki, ölkəmiz Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səyləri bundan sonra da davam etdirəcək və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi ikitərəfli müstəvidə aparılacaq. Beləliklə, Azərbaycan birmənalı şəkildə hər hansı bir missiyanın prosesə müdaxiləsinin və ya yeni “vasitəçi formatın” yaranma ehtimalının tam şəkildə üstündən xətt çəkmiş oldu.

Ermənistan gah belə deyir, gah da...

Ermənisan isə özünün manipulyativ addımlarını davam etdirir. Sözdə sülhə razı olan İrəvan Aİ missiyasının yenidən ölkədə qalması ilə bağlı “arzularını” səsləndirir. Baxmayaraq ki, baş nazir Nikol Paşinyan noyabrın 22-də İctimai Televiziyaya müsahibəsində Ermənistan tərəfinin demarkasiya aparılan ərazilərdən Aİ müşahidəçilərinin çıxarılmasını təklif etmişdi- bununla belə, spekulyasiyaları ilə yadda qalan Ermənistan hakimiyyəti yenə də buqələmun siyasətə üstünlük verdiyini ortaya qoyur. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın delimitasiya edilmiş sərhədi olmayana qədər, atəşkəs rejimi pozulduğu üçün (halbuki atəşkəsi də Ermənistan özü pozur) Ermənistanda Aİ-nin mülki missiyasına ehtiyac olacaq. Baş nazir Nikol Paşinyan isə Aİ rəsmisi Maqdalena Qrono ilə görüşdə məsələyə toxunulub. Ümumiyyətlə, Aİ-nin özünün “elçisini” əvvəlcə Bakıya, sonra isə İrəvana yollamaqda məqsədi missiyaya “real legitimlik” qazandırmaq istəyindən qaynaqlanır. Amma Ermənistan və Aİ nə qədər israr etsə də, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

Aİ prosesi tezləşdirməyə çalışır...

Aİ də müddət sona çatmaq üzrə olduğu üçün “fəallaşıb”. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, ali nümayəndə üzv dövlətlərin bu təklifi müsbət qarşıladığını deyib - hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri qanunvericilik aktları müzakirə edilir. Ali nümayəndə bildirib ki, “Şuranın müddəti uzatmaqla bağlı qərarının yaxın günlərdə qəbul ediləcəyi gözlənilir”.

Aİ ali nümayəndəsi iddia edib ki, müşahidə missiyası yerləşdirildikdən sonra sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb - yalanın bu qədəri isə yalnız ironiya doğurur. Çünki bu fikirlər həqiqəti əks etdirmir. Ermənistan demək olar ki, mütəmadi olaraq vəziyyəti gərginləşdirmək üçün “səy” göstərir. Ötən ildən bu yana Ermənistan silahlı qüvvələri artıq dəfələrlə silahlı təxribata əl atıb. Sadəcə olaraq “mülki missiya” Ermənistanın bu silahlı təxribatlarını qeydə almır - bu isə Aİ missiyasının Ermənistana sülhpərvər don geyindirməyə çalışmasından irəli gəlir.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri