Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Sərhəddə “binokl diplomatiyası” müharibəyə hazırlıq...

Sərhəddə “binokl diplomatiyası” müharibəyə hazırlıq...

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqının şərti sərhəddə ikili oyunu davam edir; deputat: “Proses çətin gedir, amma...”

Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası”nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirir. Son görüntülər bunu deməyə əsas verir. Məlumata görə, onlar bu dəfə Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.

Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər. Azərbaycan sərhədçiləri ənənəvi olaraq “müşahidə missiyası”nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb. Bəllidir ki, Avropa İttifaqının de-fakto casus missiyası mütəmadi şəkildə sərhədboyu müşahidələr aparır. Onlar hər dəfə bir istiqamətdə peyda olur və ərazilərimizə baxırlar. Maraqlıdır, avropalı “revizor”lar nəyə baxırlar və nə görmək istəyirlər? Məsələn, Qubadlı istiqamətində onları nəyi müşahidə edə bilər?

Belə çıxır ki, varlıqlarını sübut etmək üçün vaxtaşırı bu addımları atırlar. Yəni ki, Aİ regiondadır və şərti sərhəddə guya atəşkəsə nəzarət edir. Bundan əlavə, üzdəniraq missiyaya həm də İrəvanın müharibə hazırlığının elementi və ya “maskirovkası” kimi baxmaq lazım gəlir. Yada salaq ki, missiya az öncə İrəvanın razılığı ilə daha iki illiyə uzadılıb. Bakı isə qərara etiraz edib. Baş nazir Paşinyan təklif edib ki, delimitasiya edilən ərazilərdən avropalı müşahidəçilər çıxsınlar. Lakin bu da uzun çəkən prosesdir.

Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında müşahidə missiyası adı altında Ermənistana verilən dəstəkdən söz açdı: “Avropa İttifaqının bu günlərdə Ermənistanda həyata keçirdiyi binokl diplomatiyası nə dünya, nə də Avropa diplomatiyası tarixində heç vaxt olmayıb. Və bunun həyata keçirilməsinin prinsip etibarilə heç bir əsası yoxdur. Bir ölkənin ərazisindən binoklla başqa bir ölkənin ərazisinə baxmağın nə verəcəyi aydın deyil və bu, analitiklər tərəfindən sadəcə gülüş və təəccüblə qarşılanır. Əgər onlar Azərbaycanda nəsə görmək istəyirlərsə, Azərbaycana müraciət edərək strateji və xaricilərin girişi qadağan olunan obyektlər istisna olmaqla, istənilən Azərbaycan ərazisinə baxa bilərlər. Hesab edirəm ki, bu, əslində Ermənistana xaricdən verilən bir siyasi dəstəkdir. Bu diplomatiyanın regionda sülhün bərqərar olmasına heç bir təsiri yoxdur. Azərbaycan və Ermənistan bu gün heç bir vasitəçi olmadan sülh müqaviləsi üzərində işləyirlər. Proses çətin gedir, amma buna baxmayaraq, tərəflər vaxtaşırı görüşür və məsələləri müzakirə edirlər. Avropa İttifaqının binokl müşahidəçiləri isə sadəcə olaraq bu gün vəziyyəti daha da gərginləşdirməkdən başqa heç bir işləri yoxdur. Ermənistana yalnız öz problemini başqa ölkələrin və ya hansısa bir beynəlxalq təşkilatın çiyinlərinə yükləmək lazımdır. Onlar düşünürlər ki, bununla Ermənistanın problemini diqqətdə saxlaya biləcəklər”.

Deputat vurğuladı ki, onsuz da xaricdəki erməni diaspor təşkilatları və ermənipərəst qüvvələr Ermənistanı maksimum müdafiə edirlər: “44 günlük Vətən müharibəsindən sonra - baxmayaraq ki, torpaqları işğal altında olan Azərbaycan, işğal edən isə Ermənistan idi - Avropa İttifaqı Ermənistana 2 milyard avro yardım ayırdı. Azərbaycana isə hər hansı bir yardım göstərmək fikrindən uzaqdırlar. Torpaqları işğal altında olarkən beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi bildirirdi ki, müharibə bitdikdən sonra bərpa işləri üçün böyük vəsait ayıracaqlar. Amma nə torpaqların minalardan təmizlənməsi, nə də yeni yaşayış məntəqələrinin tikilməsi üçün Avropa İttifaqından hər hansı bir dəstək yoxdur. Bu gün Avropa İttifaqının binokl diplomatiyasına ayırdığı vəsaitlə işğaldan azad olunmuş ərazilərdə neçə-neçə yaşayış məntəqəsi salmaq, məktəblər və xəstəxanalar tikmək mümkün olardı. Ermənistanın uzun müddət müşahidəçiləri saxlama qərarı hesab edirəm ki, heç bir məntiqə sığmır”.

A.Mirzəzadə dedi ki, onun bu missiyanı uzun müddət saxlama cəhdi əslində Ermənistanı siyasi cəhətdən Avropa İttifaqına daha çox bağlamağa xidmət edir: “Onsuz da Ermənistan həmişə ona dəstək olmuş Rusiyadan bu gün uzaqlaşma siyasəti yürüdür. Hətta Avropa İttifaqına üzvlük məsələsini parlamentdə müzakirə edir və Ermənistanın öz ərazisində belə bir missiyanı saxlamaq qərarı onların fikrincə, ölkənin Avropa İttifaqına asanlıqla qəbul olunmasına səbəb ola bilərdi. Lakin təcrübəli Avropa diplomatlarının belə bir missiyanı həyata keçirməsi açıq deyərdim ki, Avropa İttifaqı tarixində ən əcaib, eyni zamanda təəccüb doğuran bir hal kimi tarixə düşəcək”.

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə qeyd etdi ki, Avropa İttifaqının mülki missiya adı altında Ermənistan-Azərbaycan sərhədinə yerləşən nümayəndələri gerçəkdə kəşfiyyatla məşğuldurlar: “O missiyaya Avropa İttifaqı demək də yalnışdır. Çünki Kanadanın o missiyanın tərkibində olması birbaşa NATO anlamına gəlir. Missiyanın bu günə qədər fəaliyyətini Ermənistan üçün qənaətbəxş hesab etmək olar. Çünki Missiya Ermənistan tərəfinin edə bilmədiklərini asanlıqla həyata keçirir. Azərbaycan tərəfini müşahidə edir, qeydlər aparır. Hətta əvvəlki dönəmlərdə missiya şərti sərhədə gəlib gedəndən dərhal sonra atəşkəs pozulurdu. Hazırda missiya Ermənistan tərəfinin sifarişlərini yerinə yetirir. Misal üçün, hansısa bir istiqamətlə bağlı Ermənistan tərəfi Azərbaycanda hərəkətlilik görürsə, dərhal o istiqamətə mülki missiyanı göndərirlər”.

Eksperti söylədi ki, Azərbaycan tərəfinin bu məsələdə əli-qolu bir qədər bağlıdır: “Misal üçün, Ermənistan tərəfi açıq şəkildə müşahidə apara bilməz. Ancaq sözügedən qrup bunu rahatlıqla edə bilir. Azərbaycan tərəfinin əli-qolu ona görə bağlıdır ki, müşahidə aparan tərəf Avropa İttifaqıdır. Onlara qarşı atılacaq hər hansı bir addım isə rəsmi Bakını çətin vəziyyətə qoya bilər. Bundan əlavə, Ermənistan üçün Avropa İttifaqının mülki missiyası sığorta xarakterlidir. Çünki Azərbaycan tərəfi onları nəzərə almadan hansısa addım ata bilməyəcək. Hesab edək ki, Zəngəzur dəhlizi silah gücü ilə açılacaq, bu zaman o missiya başağrısına çevriləcək. Əslində Avropa İttifaqı, daha dəqiqi, Fransa məhz bu missiyanı ona görə şərti sərhədə gətirib ki, Azərbaycanın sərt güc tətbiqinin qarşısını alsın. Yaxud Azərbaycan sərt gücdən əvvəl onlarla masaya otursun və hansısa güzəştlərə getsin. Bəziləri Avropa İttifaqının mülki missiyasını ciddiyə almırdı. Zaman keçdikcə artıq məlum olur ki, bu missiyanın məqsədi nədir”.

S.Məmməd hesab edir ki, Ermənistan bu missiyadan istifadə edərək şərti sərhədinin təhlükəsizliyini sığortalayır və silahlanmaya, ordu hazırlığına ciddi fikir verir: “Ermənistan nəinki ştat strukturuna uyğun, hətta artıqlaması ilə silahlanmaya gedir. Ermənistanın bu hazırlığının bir səbəbi var, o da revanş. Hərbi büdcənin iki dəfə artırılması, ardıcıl təlimlər, yeni hərbi hissələrin yaradılması prosesin istiqamətini göstərir. Rusiya ilə Azərbaycan arasındakı gərginlik isə ermənilərin dilini açıb. Açıq şəkildə Azərbaycana qarşı müharibə edə biləcəklərini, hətta Qarabağı yenidən işğal edə biləcəkləri barədə fikirlər səsləndirirlər. Ona görə də hazırda prosesin bitdiyini deyə bilmərik. Əksinə, Ermənistan Azərbaycan arasındakı proses daha da mürəkkəbləşir. Müharibənin olması arzuolunan deyil. Çünki bu dəfəki müharibə təkcə iki ölkəni yox, regionu iflic edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri