Icma.az
close
up
RU
Binoklda görünən dünya, yaxud Ritterin uydurduğu münaqişə

Binoklda görünən dünya, yaxud Ritterin uydurduğu münaqişə

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Veteran müşahidəçilərin şefinin dedikləri Bakı, İrəvan yaxınlaşmasına kötük atır

Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşahidə missiyasının rəhbəri Markus Ritter yenə ağzına gələni danışıb. EUMA adlandırılan təsisatın şefi, loru dildə desək, bostanımıza daş atıb. Markus konkret nə deyib, bu barədə söz açacağıq. Hələlik isə onun dilə gətirdiyi başqa məqamları diqqətə çatdıraq.

M.Ritter bildirib ki, rəhbərlik etdiyi missiya bölgəyə gələndə əhalinin gözləntilərini idarə etməyi bacardı. Təsəvvür edin, 2023-cü ilin əvvəlidir, EUMA şefi və onun “binokllu cəngavərləri” şərti sərhəddə dayanıblar və sıravi haylar onları görüb sakitləşiblər, qorxuları aradan qalxıb. Hər halda, belə bir dünya yoxdur. Amma Ritterin haqqında sonra danışdığı dünya olub. Yəni erməni əhali, həqiqətən elə başa düşmüşdü ki, EUMA Aİ-nin Ermənistanın müdafiəsinə gəlmiş qüvvələridir.

EUMA-nın mövcudluğuna iki il əvvəl də ehtiyac yox idi, indi də bununla əlaqədar zərurət duyulmur. Qurum birbaşa Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaza yönəlmiş “planlarının” tərkib hissəsi idi. O “planlarının” ki, hamısı iflasa uğradı. O “planlarının” ki, onların, böyük ölçüdə, Aİ-nin strateji maraqlarına aidiyyatı yoxdur. Makron, EUMA-nın xətti ilə qlobal oyunlar üçün dayaq nöqtəsi hazırlamışdı. Hesab etmişdi ki, Ermənistanı müdafiə adı altında bütövlükdə Cənubi Qafqazda üstünlük qazanmağa müvəffəq olacaq. Nəzərə alaq ki, üstünlük üçün Qarabağ avantürasının davamı kimi aşkar ermənipərəstlik kursu da götürülmüşdü. Axı EUMA bölgəyə gələndə Qarabağda erməni separatizmi öz varlığını qoruyur, qondarma “Dağlıq Qarabağ Respublikası” deyilən qurum saxlanılırdı.

Makron Fransası hesab edirdi ki, müşahidəçilərin şərti sərhəddəki mövcudluqları Azərbaycanın separatçıların Qarabağdakı demarşlarına Ermənistan ərazisinin ələ keçirilməsi ilə cavabının qarşısını alacaq. Azərbaycan isə tamamilə fərqli yol seçdi, 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirərək, separatizmin kökünü kəsdi, özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Əslində, EUMA məhz həmin vaxt “missiyasını” başa vurmalı idi. Ancaq Makron və xaricdəki ermənipərəstlər təzə mövzu tapdılar: Azərbaycan Ermənistanı işğal etmək istəyir. Guya, ölkəmizin qarşısını EUMA kəsəcəkmiş. Qurum üzvlərinin silahlandırılması və saylarının artırılması ideyası da məhz bundan qaynaqlanırdı. Yəni Makron tutduğunu buraxmırdı. Daha doğrusu, buraxmaq istəmirdi.

Bəli, Fransa başda olmaqla, Qərb dünyası çalışırdı ki, EUMA silahlandırılsın və bölgədə güc amili kimi çıxış etsin. Rusiya Cənubi Qafqazdakı mövcudluğunu klassik jandarmeriya missiyası yerinə yetirməkdə gördüyü kimi, Aİ-nin bu təsisatını yaradanlar da ağıllarına təxminən eyni fəaliyyətə üstünlük verməyi salmışdılar. Amma Azərbaycanın diktə etdiyi reallıqlar qarşısında onların bütün hesablamaları boşa çıxdı. M.Ritter indi bildirir ki, əvvəllər onun rəhbərlik etdiyi təsisatı hərbi birləşmə olaraq təsəvvürə gətirənlərin baxışları dəyişib: “İndi insanlar artıq bilirlər ki, biz niyə buradayıq və nə edə bilərik”.

Cənab Ritter haqlıdır. O anlamda ki, artıq insanlarda, yəni, erməni əhalidə EUMA-nın tam mənasızlığına, heç nə edə bilməyəcəyinə dair yetkin qənaət formalaşıb. Hərçənd, əvvəllər bununla bağlı müəyyən tərəddüdlər var idi. Ümumən, təsisatın hansı real işi gördüyünə dair qənaət yoxdur və olmayıb da. Hər halda, “pikap”larda şərti sərhədin bir tərəfindən o biri tərəfinə məsafə qət etmək, əldə binokl Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə baxmaq fəaliyyət sayıla bilməz. Ritterin dilə gətirdikləri, əslində, danışılası söz deyil. Amma onu sırf humanizm nöqteyi-nəzərdən çox da qınamırıq. Nə etsin, adam özünə asan iş yeri tapıb, heç bir vəchlə itirmək istəmir. Həm də ona görə humanizmə üstünlük veririk ki, Ritter psixi problemləri olan birinə bənzəyir. O bildirir ki, “Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, burada Rusiya qoşunları yerləşir və...”.

Deyən lazımdır ki, Ermənistanın hansı təşkilata üzv olmasından sənə nə? Eləcə də ölkədə Rusiya qoşunlarının olub-olmamasının Ritterə heç bir halda dəxli yoxdur. Aydındır ki, o, öz aləmində, təhlükəsizlik çağırışları uydurmaqla məşğuldur. Ritterin EUMA-nın mövcudluğunu əsaslandırmaq üçün ortaya atdığı ən sərsəm məntiq isə budur: “Azərbaycanla münaqişə mövcuddur, üstəlik, Azərbaycan bizimlə əməkdaşlıq etmək istəmir. Bu isə missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyalarına səbəb olur. Buna hər zaman asanlıqla reaksiya vermək olmur, amma biz müəyyən cavab mexanizmləri tapmışıq”.

Deyəsən, cənab Ritter özünü tam başqa dünyanın nümayəndəsi sayır. EUMA şefinin Azərbaycan–Ermənistan münaqişəsinin mövcudluğuna dair fikirlərinə gəlincə, deyəsən o, dünyaya əlindəki binoklla baxır. Yəni, təəssürat yaranır ki, adamın Vaşinqtonda Bakı–İrəvan sülh sazişinin paraflanmasından, Birgə Bəyannamənin imzalanmasından xəbəri yoxdur. Xəbəri olsaydı, konflikt qondarmazdı. Konflikt qondarmağı bir yana, Ritter şizofren tərzdə bildirir ki, “hazırda Azərbaycandan gələn dezinformasiya susub, may ayından etibarən dayandırılıb. Rusiya ilə bağlı isə hələ də problemlərimiz qalır, amma bu mərhələdə vəziyyət yaxşı görünür”.

Ümumən, M.Ritter o qədər yalan danışıb ki, özü də səsləndirdiyi cəfəngiyyata inanır. Üstəlik, Azərbaycanın rəhbərlik etdiyi qurumla əməkdaşlıq etmədiyini bildirib şikayətlənir də. Beləsi ilə necə əməkdaşlıq edəsən? Birincisi, ölkəmiz lap əvvəldən bəyan etmişdi ki, Aİ-nin müşahidəçilərinə ehtiyac duymur, onları öz ərazisinə buraxmayacaq. İkincisi, rəsmi Bakı heç vaxt İrəvanla münasibətlərin tənzimləməsi xüsusunda EUMA-nı səlahiyyətli saymayıb. Əksinə, ölkəmiz həmişə çalışıb ki, özündə münaqişə məntiqini saxlayan təsisatlar aradan qalxsın. Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində göstərdiyi inad bunun sübutudur. Ritter isə münaqişə uydurur. Bir azdan özünü keçmiş Minsk qrupunun həmsədri kimi göstərsə, heç təəccüblənmərik.

Amma məqsədimiz təkcə M.Ritterin sərsəmləmələrini vurğulamaq deyil.

Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bir məqamın üzərində dayanaq: “Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib. Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram. Başqa məsələlər də var. Çoxlu məyusluq oldu”.

Sözümüz ondadır ki, bu gün başda ABŞ olmaqla, Qərb dünyası Azərbaycan və Ermənistan arasından sülhün qararlaşmasını arzulayırsa, ilk növbədə EUMA-nın mövcudluğuna son qoymalıdır. Dünya anlamalıdır ki, Bakı ilə İrəvan arasında münaqişə məntiqini özündə daşıyan heç bir təsisat olmamalıdır. Olmamalıdır ki, onun rəhbəri M.Ritter kimi macərapərəstlər ortalığa düşüb təfəkkürlərinin mücərrəd güşələrində bəslədikləri primitivlikləri reallıq qismində göstərməsinlər. Hesab edirik ki, indiki durumda Aİ, ən başlıcası isə Ermənistan hakimiyyətinin özü məsələyə həssas yanaşmalıdır. Çünki Ritterin söylədikləri nəinki cəfəngiyyatdır, bütövlükdə Bakı–İrəvan sülh gündəminə tamamilə zidd təmayüldür.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri