Icma.az
close
up
RU
Sonu müəmmalı görünən münaqişə ŞƏRH

Sonu müəmmalı görünən münaqişə ŞƏRH

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qəzza ilə İsrail arasında faktiki olaraq müharibənin və münaqişənin davam edəcəyi ehtimalı daha çox görünür, nəinki qısa müddətdə həll ediləcəyi. Bilirik ki, ABŞ Prezidenti Donald Tramp 20 bəndlik Qəzza planı təqdim edib və bu plan həm İsrail tərəfindən qəbul olundu, həm də Qəzza məsələsinə həssas yanaşan ölkələr- Türkiyə də daxil olmaqla, ərəb ölkələri də daxil olmaqla, müxtəlif dövlətlər tərəfindən qəbul edildi. Yəni beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir plandır".

Bu fikirləri Redaktor.az-a İsrail-Qəzza münaqişəsindən bəhs edən siyasi şərhçi Asif Nərimanlı bildirdi.

Onun sözlərinə görə, məsələ planın qəbulundan daha çox, onun praktiki müstəvidə işləyib-işləməyəcəyidir:

"Əslində həmin planı diqqətlə araşdırdıqda aydın görünür ki, burada müəyyən hiyləgərlik mövcuddur. Məsələ HƏMAS-ın tamamilə tərksilah edilməsindən gedir. Təbii ki, bunu dəstəkləyən ölkələr, hətta HƏMAS-ı müəyyən qədər müdafiə edən dövlətlər belə HƏMAS-ın tərksilah edilməsi bəndi ilə razıdırlar. Amma HƏMAS bunu qəbul edəcəkmi? Xeyr. Bu ehtimal olduqca zəif görünür. Əslində verilən açıqlamalar və yayılan informasiyalar da bunu göstərir. Çünki HƏMAS-ın Qəzzanı idarə etməsindən kənarlaşdırılması və tam tərksilah olunması bu təşkilatın siyasi və hərbi baxımdan özünü buraxması deməkdir".

Müsahibimiz vurğuladı ki, HƏMAS uzun illərdir, onilliklərlə mövcud olan bir təşkilatdır.

"Metodları bəzən mübahisəli olsa belə, onun özünəməxsus tələbləri və münaqişəyə yanaşma forması var. HƏMAS tam şəkildə bütün fələstinlilər tərəfindən dəstəklənməsə də, böyük bir toplumun təmsilçisidir. Bu baxımdan HƏMAS-ın tamamilə buraxılması və Qəzzanın idarə olunmasından çıxarılması məsələsi dediyim kimi, həm planın icrasına, həm də ümumilikdə münaqişənin həllinə şübhələr yaradır və problemlər doğurur. Mən hesab edirəm ki, bu, həm də bir manevrlərdən biridir. Çünki İsrailin Qəzzaya hücumlarının dayandırılması ilə bağlı Avropa ölkələri də daxil olmaqla, beynəlxalq ictimaiyyət sərt reaksiya göstərirdi. Bu təpkilərə qarşı bir növ Fələstin dövlətinin tanınması ilə bağlı addımlar atıldı. Amma bu tanınma Fələstin dövlətinin dərhal istədiyini əldə etməsi demək deyil, sadəcə beynəlxalq ictimaiyyətin İsrailə qarşı mövqeyini ortaya qoyması idi", - deyən politoloqun sözlərinə görə, İsrailin və Trampın addımı da bu reaksiyanın nəticəsi idi:

"ABŞ hər nə qədər İsrailə yaxın olsa da, beynəlxalq ictimaiyyətin təpkiləri onu müəyyən qədər geri çəkilməyə və həll planı təqdim etməyə vadar etdi. Həmin plan isə bir növ seçim şəraiti yaradır: ya HƏMAS bu tələbləri qəbul etməlidir, ya da qəbul etməzsə, ABŞ açıq şəkildə İsrailin hücumlarını dəstəkləyəcəyini bəyan edir. Bu isə o deməkdir ki, böyük ehtimalla belə bir situasiya yaranacaq və HƏMAS özünü buraxmaq əvəzinə müqavimət göstərəcək. Belə olan halda İsrailin hücumları və Amerikanın açıq dəstəyi qarşısında Avropa ölkələri, Türkiyə və ərəb dövlətləri əvvəlki kimi sərt reaksiya göstərə bilməyəcəklər. ABŞ-nin mövqeyi güclənəcək. Bu da Qəzza münaqişəsinin yaxın zamanda bitməyəcəyini deməyə əsas verir. Mənim fikrimcə, qısa müddətli razılaşmalar olsa belə, bu problem tezliklə həllini tapmayacaq. Çünki məsələnin dərin tarixi və siyasi kökləri var. Ən önəmli məqamlardan biri budur ki, İsrail istədiyinə nail olsa belə, münaqişə bitməyəcək. İsrail Qəzzanı tam nəzarətə götürmək istəyir. Amma bu halda belə bölgədə yaşayan fələstinlilərin ehtiyacları qalacaq. Ona görə də, dediyim kimi, bu münaqişənin sonu hələ də müəmmalı görünür".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri