Icma.az
close
up
RU
Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Biofizika İnstitutunda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Sabahın alimləri” respublika müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü professor Oktay Qasımov gənc alimlərin uğurunu yüksək qiymətləndirib: “Bu nailiyyətlər Azərbaycan elminin gələcəyi baxımından sevindiricidir. Siz artıq elmi mühitdə ilk addımınızı atmısınız. Əsas məsələ bu yolda davamlı olmaq və istiqamətinizi düzgün seçməkdir”.

Fiziki-kimyəvi stres faktorlarının biofizikası laboratoriyasının müdiri dosent Sevinc Cəfərova qeyd edib ki, şagirdlərin beynəlxalq səviyyəli layihələrdə iştirak etməsi onların tədqiqat bacarıqlarının formalaşmasına böyük töhfə verir.

Tarix üzrə fəlsəfə doktoru Azad Əbdürahimov ölkəmizin adının bu cür beynəlxalq yarışmalarda səslənməsinin böyük nailiyyət olduğunu söyləyib.

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov institutda yaradılmış elmi mühitin məktəblilər üçün dəyərli olduğunu vurğulayıb.

Görüş iştirakçıları gənc tədqiqatçıların gələcəkdə də elmi uğurlar qazanacaqlarına inam ifadə ediblər.

Qeyd edək ki, “Sabahın alimləri” respublika müsabiqəsində qızıl medal qazanan iki komanda ABŞ-da keçiriləcək “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanıb. Bu komandalar arasında Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin X sinif şagirdləri Leyla Əlizadə və Gülay Quluzadə də yer alır.

Onlar Biofizika İnstitutunun Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyasında dosent Sevinc Cəfərovanın rəhbərliyi ilə “İnsulin rezistentliyi fonunda metformin, sulfonil sidik cövhəri və Galega officinalisin eritrositlərdə baş verən oksidativ proseslərin inkişafına təsirinin tədqiqi” mövzusunda layihə təqdim ediblər.

Layihə Tibb və sağlamlıq nominasiyası üzrə I yerə layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri