Icma.az
close
up
RU
Biologiyada nəhəng sıçrayış: Süni insan DNT sinin yaradılmasına start verildi

Biologiyada nəhəng sıçrayış: Süni insan DNT sinin yaradılmasına start verildi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Biologiya və genetika sahəsində dünya elminin tarixində yeni bir səhifə açılır. Böyük Britaniyanın ən nüfuzlu tibbi xeyriyyə fondlarından biri olan Wellcome Trust tərəfindən maliyyələşdirilən və "İnsan Sintetik Genomu" adlanan layihə çərçivəsində alimlər insan DNT-sini atom səviyyəsində sıfırdan yaratmağa başlayıblar. Layihəyə 13 milyon ABŞ dollarından çox vəsait ayrılıb və bu, molekulyar biologiyada ən iddialı təşəbbüslərdən biri hesab olunur.

Süni DNT nədir və niyə vacibdir?

DNT — yəni dezoksiribonuklein turşusu — hər bir canlının genetik kodunu daşıyan molekuldur. Alimlərin hədəfi isə bu molekulu sintetik yolla, yəni laboratoriya şəraitində, kimyəvi elementlərdən yığmaqdır. Söhbət mövcud DNT-nin surətini çıxarmaqdan yox, onu başdan-başa, tamamilə yeni şəkildə və insan genomuna uyğun dizaynda yaratmaqdan gedir.

Bu texnologiya bir sıra mühüm imkanlar yarada bilər:

Genlərin necə işlədiyini öyrənmək üçün ideal model sistemlər Xəstəliklərə davamlı hüceyrələrin yaradılması və onların xəstə toxumaların əvəzlənməsində istifadəsi Müalicəsi mümkün olmayan genetik xəstəliklərə qarşı dərmanların hazırlanmasını sürətləndirmək Orqanizmdə müəyyən genlərin deaktiv edilməsi və ya dəyişdirilməsi ilə fərdiləşdirilmiş tibb istiqamətində irəliləyiş

Elmi sıçrayış, yoxsa genetik təhlükə?

Bu layihənin tərəfdarları onu insan sağlamlığı üçün inqilabi dönüş nöqtəsi adlandırırlar. Amma tənqidçilər də az deyil. Onların fikrincə, belə texnologiyalar:

Bioloji silahların yaradılmasına səbəb ola bilər İnsan DNT-sindən istifadə edilərək insana bənzər canlılar və ya genetik manipulyasiya olunmuş fərdlər yaradıla bilər Etik və hüquqi boşluqlar yeni tipli sui-istifadə riskləri yaradır — məsələn, kommersiya məqsədi ilə "sintetik insanlar", dizayn edilmiş körpələr və ya genetik təbəqələşmə

Hələ 2016-cı ildə ABŞ və Avropada oxşar təşəbbüslər “Human Genome Project–Write” adı ilə gündəmə gəlmişdi. Lakin o zaman bu istiqamətdə işlər əsasən nəzəri müstəvidə idi. İndi isə artıq praktik mərhələyə keçid başlayıb və bu, texnoloji imkanların son on ildə qazandığı sürətli irəliləyişin nəticəsidir.

Hüquqi və etik suallar

Sintetik DNT ilə yaradılmış insan hüceyrələri insan hüquqları ilə eyni hüquqlara malik olacaqmı? Belə texnologiyalara kimlər nəzarət edəcək? Genetik mühəndislik imkanlarından yalnız varlılarmı istifadə edə biləcək? Dövlətlərarası rəqabət sintetik biologiyanı yeni bir geosiyasi silaha çevirə bilərmi?

Bu suallar hələ də açıqdır və yalnız elmi deyil, hüquqi və fəlsəfi müzakirələrə də ehtiyac yaradır.

Beləliklə, süni insan DNT-sinin yaradılması həm biotexnologiyanın zəfəri, həm də bəşəriyyətin məsuliyyət testi sayıla bilər. Bu istiqamətdə atılan addımlar tibbdə, genetikada və biologiyada bəlkə də minillik problemləri həll edə bilər. Lakin paralel olaraq, bu elmi sıçrayışın etik və təhlükəsizlik çərçivələrini düzgün müəyyənləşdirmək üçün beynəlxalq əməkdaşlıq və ictimai müzakirə də vacibdir.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri